Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Həkim məsuliyyəti və hüquqaziddliyi aradan qaldıran hallar Kim haqlıdır?

Həkim məsuliyyəti və hüquqaziddliyi aradan qaldıran hallar Kim haqlıdır?

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn zərərlə bağlı çəkişmələr məhkəmə müstəvisində xüsusi çəkiyə malikdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 24 dekabr 2025-ci il tarixdə qəbul edilən “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarla əslində konstitusion təminat altına alınmış, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilmişdir. Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. 

Hüquqaziddliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) qadağandır. 

Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s.
Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilmişdir. Həmin hallara şəxsin razılığı, üstün xüsusi mənafe, üstün ictimati mənafe və qanuni əsas aiddir. 

Şəxsin razılığı açıq şəkildə ifadə edilmiş, zədələnməmiş, qanuna və ya əxlaqa zidd olmayan iradə ifadəsini nəzərdə tutur. Razılıq yazılı, şifahi, konkludent hərəkət (davranış) və ya susma formasında ola bilər. 

Zədələnmiş, qanuna və əxlaqa zidd, açıq şəkildə ifadə olunmayan razılıq hüquqi cəhətdən mümkün deyil və qəbul edilməsi qadağandır. (məsələn, şəxsin üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi barədə razılıq keçərlidir, lakin şəxsin həyatına son qoyulması ilə bağlı razılıq yolverilməzdir).

Üstün xüsusi mənafe - şəxsiyyət hüququ ilə müqayisədə daha üstün və əhəmiyyətli xüsusi hüquq deməkdir. Müdaxilənin əsaslandığı xüsusi mənafe həm hüquqlarına müdaxilə edilən şəxsə, həm müdaxilə edən şəxsə, həm də üçüncü şəxsə aid ola bilər (məsələn, şəxsin razılığı olmadan onun bədən toxunulmazlığı hüququna müdaxilə həmin şəxsin və ya üçüncü şəxsin həyatının xilas edilməsi zərurəti ilə edildikdə). 

Üstün ictimai mənafe - konkret şəxslərin mənafeyinin qorunması üçün deyil, dövlətin və ya cəmiyyətin üstün maraqları deməkdir. (məsələn, karantin dövründə analizlərin məcburi aparılması)

Qanuni əsas isə şəxsiyyət hüquqlarının müdaxiləsinin qanunla nəzərdə tutulması deməkdir. (məsələn, Mülki Məcəllənin 563-565-ci maddələrində təsbit edilən zəruri müdafiə, son zərurət və özünəyardım).

Bu halların hər hansı birinin mövcudluğu müdaxilənin qanuniliyini ehtiva edir və şəxsi məsuliyyətdən azad edir.

Plenum Qərarında bu hüquqların keyfiyyətsiz tibbi xidmət nəticəsində pozulması və vurulmuş zərərə görə məsuliyyət məsələlərinə də geniş aydınlıq gətirilmiş, hansı hallarda tibbi xidmətlə bağlı vurulan mənəvi zərərin ödənilməsini tələb etməyin mümkünlüyü göstərilmişdir. Bu hallar aşağıdakılardır:
1)    Tibbi yardım tədbirlərinin  ümumiyyətlə və ya lazımi keyfiyyətdə keçirilməməsi (xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlər);
2)    “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqlarının pozulması;
3)    Estetik, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərinin həyata keçirilməsi nəticəsində şəxsin sağlamlığının pozulması. 
Tibbi yardımın göstərilməsi zamanı tibbi standartlar çərçivəsində hərəkət edilərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün- olmayan sağlamlığa vutulmuş zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlandığı halda məsuliyyət istisna edilir. Bu zaman cavabdeh göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir.

Plenum qərarı ilə həmçinin tibbi yardım və estetik sahədə tibbi xidmətlərin göstərilməsi zamanı yaranan zərərin kompensasiyası tələblərinin xüsusiyyətləri və hüquqi əsasları arasında olan fərqə də aydınlıq gətirilmişdir.

Qərarda olan mövqeyə görə, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növləri tibbi yardım deyil, nəticəsinə təminat verilən podrat münasibətləridir.  Xidmətin nəticəsi müqavilə üzrə nəzərdə tutulduğundan fərqli olmuşsa, tibbi xidmətlə bağlı yaranan deyil, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər tələb edilə bilər (məsələn, burunun forması əvvəlcədən razılaşdırılmış formaya uyğun gəlmədikdə, əkilmiş saç çıxmadıqda və s. estetik nəticələr mübahisələndirildikdə). Belə mübahisələr müqavilə şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 39-cu fəsli ilə tənzimlənəcək.

 Lakin bu xidmətlər göstərilərkən şəxsin yaşamaq, sağlamlıq və ya bədən toxunulmazlığı, habelə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqları pozularsa, yaranmış zərər müqavilə öhdəliyinin pozulmasından irəli gələn zərər hesab edilmir, belə zərər mülki hüquq pozuntusu olmaqla, bu mübahisələr sahəvi qanunvericilik və deliktlə tənzimlənəcək.

Dəymiş zərərin kompensasiyası tələbləri tibb müəssisəsinə və ya tibb işçisinə və ya hər ikisinə qarşı irəli sürülə bilər. Alternativ seçim imkanı zərərçəkənin istəyinə bağlıdır.

Zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, pozuntuya yol vermş işçisinə qarşı əmək qanunvericiliyinin tələblərinə uyğun reqres tələb hüququ yaranır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri