Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Kim haqlıdır “Neftçi”, yoxsa “Qarabağ”?

Kim haqlıdır “Neftçi”, yoxsa “Qarabağ”?

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Neftçi” – “Qarabağ” matçının təxirə salınmadığı xəbərini dünən Apasport.az saytında eksklüziv olaraq vermişdik. Son günlərdə futbol camiəsinin gündəmini zəbt edən əsas mövzu da elə bu komandaların rəqabətidir.

Məsələ illər öncə Bakı klubunun Ağdam təmsilçisini Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün təbrik etməməsi ilə başlayıb. Həmin tarixdən sonra “Qarabağ” dəfələrlə uğura imza atıb, “Neftçi” isə rəqibini təbrik etməkdən yayınıb.

“Ağ-qaralar” ağdamlıların nə Çempionlar Liqası, nə Avropa Liqası, nə Konfrans Liqasının qrup mərhələsinə düşməsini, nə də pley-offlara vəsiqə qazanmasını “alqışlayıb”. Ötən gün isə “Neftçi” “Qarabağ”ın matçı təxirə salmaq təklifini birmənalı olaraq rədd edib.

Klubun addımları futbolsevərləri iki tərəfə bölüb. Bir qismi “Neftçi”nin “Qarabağ”a qarşı yanlış formada qərəzli davrandığını, digərləri isə doğru etdiyini düşünür.“Qarabağ” azarkeşlərinin təbrik gözləməsi çox normaldır. Çünki Azərbaycan kimi futbol ölkəsi olmayan yerdə bu qədər ciddi uğura imza atmaq inanılmazdır. Yatsaq, yuxumuza da girməzdi ki, Avropanın ən güclü 24 komandası arasında təmsilçimiz də olacaq. Klubun ciddi idarəetmə sistemi, Qurban Qurbanovun oyun fəlsəfəsi və futbolçuların əzmkarlığı yalnız alqışı haqq edir. 

“Qarabağ” 2017-ci ildə “Neftçi”ni 80 illiyi münasibətilə rəsmi səhifədə təbrik edib. Deyə bilərsiz ki, “ağdamlılar komandanın 2021-ci ildəki çempionluğunu təbrik etməyib”. Bu, çox normaldır. Son dəqiqə qolu ilə çempionluğu itirən komandanın rəqibini təbrik etməsi nə qədər səmimi ola bilər? 

Eynilə də “Neftçi”. “Ağ-qaralar” digər Azərbaycan klublarından fərqli olaraq tarixi ənənələrə malikdir, hər zaman iddiaçıdır. Onu illərlə davam edən uğursuzluğa düçar edən rəqibini təbrik etməsi səmimi səslənir? 

Təbrik mövzusunda diqqət ediləsi məqam ölkədə futbola yanaşmadır. Azərbaycan əsasən döyüş növlərində uğurlu ölkədir. Millət olaraq güləş, cüdo və boksda daha istedadlı, bacarıqlıyıq. Həmin idman növlərini boşuna misal çəkmədim. Döyüşlərdən sonra idmançıların bir-birini qucaqlamasını, uğurlar diləməsini görməyə alışmışıq. Hətta onların böyük əksəriyyətinin rinqdən kənarda gözəl dostluq münasibətləri var. Döyüş növlərində bu adi haldır. Həm Azərbaycanda, həm Avropada, həm də Amerikada belədir.

Amma futbol belə deyil. Bu növün mentaliteti digər idmanlardan çox fərqlidir. Çox təəssüf ki, ölkəmizdə futbol ənənələri hələ inkişaf etməyib. 

Nə futbolun yarandığı İngiltərədə, nə superulduzların yetişdiyi Braziliyada, nə də nəhəng klubların vətəni İspaniyada rəqiblər bir-birinin uğuruna sevinmir. Əksinə bir-birinə “palçıq atmağa”, rəqibinin uğuruna kölgə salmağa çalışır. Balkan ölkələrində isə rəqabətin dozası həddi çoxdan aşıb. Türkiyə, Serbiya, Yunanıstan və Kiprdə rəqibi təbrik etmək nədi, hətta rəqibləri ilə qarşılaşan xarici komandaya azarkeşlik edirlər. Amma onlara “Qalatasaray”ın hesabına UEFA-dan pul alırsız, dəstək olun” demirlər. “Ölkəmizin klubuna dəstək olaq” ideologiyası yalnız bizim kimi qeyri-futbol ölkələrində var.

“Qarabağ” 24 gündə 7 oyuna çıxacaq. Bunlardan ikisi Çempionlar Liqasında “Nyukasl”a, biri isə lider “Sabah”a qarşıdır. Komanda digər 4 matçın 3-nü yararsız vəziyyətdə olan meydanlarda keçirəcək. Şamaxıda süni meydançada oynamaq və Qubada palçıqda qaçmaq ağdamlılar üçün ciddi əziyyət olacaq. Bu səbəbdən “Qarabağ” “Neftçi”yə matçı təxirə salmağı təklif etdi. “Ağ-qaralar” bu təkliflə birmənalı olaraq razılaşmadı.

Yadımdadır, 7 il öncə rəqiblər son turda “Neftçi”nin meydanında qarşılaşmalı idi. Klub rəhbərliyi “Qarabağ”ın çempionluğu rəsmiləşdirdiyi üçün matçı “Azersun Arena”ya keçirməyi təklif etdi. Bakı təmsilçisi öz stadionunda əzəli rəqibinin kubok qaldırmasını görmək istəmirdi. Ağdamlılar isə bununla razlaşmadı. Kuboku elə məhz o zamankı “Bakcell Arena”da qaldırdı. “Neftçi”nin indiki addımı əvəzə-əvəzdirsə, bu, yanlışdır?

Həm də “Neftçi”nin əlinə son 5 ildə belə yorğun “Qarabağ” düşməyib. Komanda uzun fasilədən sonra əzəli rəqibini məğlub edə bilər. Peşəkar klub niyə belə fürsəti əldən versin? Tutaq ki, razılaşdı, oyun təxirə getdi. Matç 2 aydan sonra çempionatın durğun vaxtında keçirildi və “Qarabağ” inamlı qələbə qazandı. “Neftçi” bu addımını öz azarkeşlərinə necə izah edəcək? 

Hər iki tərəf məsələdə özlüyündə haqlıdır. Hərəsinin özünə görə tutarlı səbəbləri var. Amma futbol meydanda oynanılanda gözəldir. Rəqabətin yeri yaşıl meydanlardır.
 

Foden 50-ci oyununda ilkə imza atdı Artur Jorje: “ Belə səviyyəli yarışda belə qol buraxmaq bağışlanmaz səhvdir” Paris-2024: Bayraqdarlarımız bəlli oldu Vinsen Abubakar "Hatayspor"da - RƏSMİ Bakıda ilk UFC qalibi Muhammed Usman oldu 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Fevral 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see305

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see226

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see208

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see192

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see188

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see187

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see187

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see186

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see185

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see185

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see184

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see183

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see183

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see183

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see182

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see182

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see179

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see179

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see178

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri