Icma.az
close
up
RU
Həkim, müəllim, provizor... Deputatlar hansı ali məktəbi bitiriblər?

Həkim, müəllim, provizor... Deputatlar hansı ali məktəbi bitiriblər?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclis Azərbaycanın siyasi, sosial və iqtisadi həyatında həlledici qərarların qəbul edildiyi ali qanunvericilik orqanıdır. Parlamentin tərkibi yalnız siyasi təmsilçilik baxımından deyil, həm də deputatların təhsil səviyyəsi, ixtisas yönümləri və peşəkar hazırlığı ilə cəmiyyət üçün əhəmiyyət daşıyır. Çünki qanunvericilik təşəbbüslərinin keyfiyyəti, institusional islahatların elmi əsasları və qəbul olunan qərarların uzunmüddətli təsirləri birbaşa olaraq deputatların bilik və peşəkar bacarıqları ilə əlaqəlidir.
“Yeni Sabah” deputatların təhsil aldığı universitetləri və ixtisaslarını araşdırıb:
Rəhbərlik
Milli Məclisin sədri Sahibə Qafarova - Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1978-ci il). Orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi. Azərbaycan Dillər Universiteti (2002-ci il). Filologiya (ingilis dili). Filologiya elmləri doktoru, professor.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov - Moskva Dövlət Tarix-Arxiv İnstitutunun Tarix fakültəsini. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
Parlament sədrinin müavini Ziyafət Əsgərov - Bakı Dövlət Universiteti (1990-cı il). Hüquqşünas. Hüquq üzrə fəlsəfə doktoru, professor.
Milli Məclis sədrinin müavini Musa Qasımlı - Azərbaycan Dövlət Universiteti (1979-cu il). Tarixçi, tarix və ictimaiyyət müəllimi. Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Milli Məclis sədrinin müavini Rafael Hüseynov - Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi (1976-cı il). Şərqşünas, filoloq-tərcüməçi, fars və Azərbaycan dilləri üzrə müəllim. Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Komitə sədrləri
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - Bakı Dövlət Universiteti (1993-cü il). Hüquqşünaslıq. Hüquq üzrə fəlsəfə doktoru.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev - Moskva İdarəetmə İnstitutu (1985-ci il). İdarəetmə üzrə mühəndis, iqtisadçı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kursu (1991-ci il). Xüsusi ali zabit təhsili.
İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc - Azərbaycan Politexnik İnstitutu (1994-cü il). Elektron texnikası mühəndisi.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov - Bakı Dövlət Universiteti (1994-cü il). Mexanik və tətbiqi riyaziyyatçı. Bakı Dövlət Universiteti (2001-ci il). Hüquqşünas. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2004-cü il). Dövlət və bələdiyyə idarəetməsi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbəri Azər Əmiraslanov - Azərbaycan Dövlət İqtisad Universiteti (1993-cü il). İqtisadçı.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev - Azərbaycan Dövlət Universiteti (1977-ci il). Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi. Bakı Ali Partiya Məktəbi (1982-ci il). Politoloq.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev - Azərbaycan Dövlət Tibb İnstitutu (1984-cü il). Həkim. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2004-cü il). Dövlət və bələdiyyə idarəetməsi.
Səhiyyə komitəsinin rəhbəri Əhliman Əmiraslanov - Azərbaycan Dövlət Tibb İnstitutu (1971-ci il). Həkim. Tibb elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova - Azərbaycan Dövlət Universiteti (1977-ci il). Tarixçi, tarix və ictimaiyyət müəllimi. Siyasi elmləri doktoru, professor.
Gənclər və idman komitəsinin rəhbəri Şahin İsmayılov - Azərbaycan Dillər Universiteti (2008-ci il). Avropaşünaslıq. Azərbaycan Dillər Universiteti (2010-cu il). Regionşünaslıq.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa - Bakı Dövlət Universiteti (1991-ci il). Hüquqşünaslıq. Fəlsəfə üzrə fəlsəfə doktoru.
Regional məsələlər komitəsinin rəhbəri Siyavuş Novruzov - Bakı Dövlət Universiteti (1995-ci il). Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2002-ci il). Hüquqşünaslıq və dövlət idarəçiliyi. Hüquq üzrə fəlsəfə doktoru.
Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov - Azərbaycan Dövlət Universiteti (1978-ci il). Tarixçi, tarix və ictimaiyyət müəllimi. Tarix elmləri doktoru, professor.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu - Azərbaycan Dövlət Konservatoriyası (1968-ci il).
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov - Leninqrad Dövlət Universiteti (1986-cı il). Psixoloq, müəllim. Psixologiya elmləri doktoru, professor.
Deputatlar
Aqil Abbas - Azərbaycan Dövlət Universiteti (BDU). Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Günay Ağamalı - Qərb Universiteti (2004-cü il, bakalavr). Tərcüməçi. Azərbaycan Dillər Universiteti (2006-cı il, magistr). Tərcüməçi (ingilis dili). Azərbaycan Dövlət Pedaqoji Universiteti (2012-ci il). Praktik psixoloq.
Ülviyyə Ağayeva - Azərbaycan Dillər Universiteti (2000-ci il, bakalavr). Filologiya (ingilis dili). Azərbaycan Dillər Universiteti (2002-ci il, magistr). Dilşünaslıq (ingilis dili).
Əminə Ağazadə - Bakı Dövlət Universiteti (2001-ci il, bakalavr). Bakı Dövlət Universiteti (2003-cü il, magistr). Hüquqşünaslıq: cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası.
Elnarə Akimova - Bakı Dövlət Universiteti (1999-cu il, bakalavr). Bakı Dövlət Universiteti (2001-ci il, magistr). Filologiya (Azərbaycan dili və ədəbiyyatı).
Sahib Alıyev - Moskva Dövlət Universiteti (1991-ci il). Jurnalistika.
Azər Allahverənov - Kazan Dövlət Universiteti (1996-cı il). Tarixçi və tarix müəllimi.
Səyyad Aran - Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1972-ci il). Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi. Bakı Dövlət Universiteti (2001-ci il). Hüquqşünas.
Nigar Arpadarai - Bakı Dövlət Universiteti (2002-ci il, bakalavr). Bakı Dövlət Universiteti (2004-cü il, magistr). Beynəlxalq hüquq.
Novruzəli Aslanov - Azərbaycan Politexnik İnstitutu (1985-ci il). Mühəndis-konstruktor texnoloq.
Azər Badamov - Azərbaycan Texnologiya İnstitutu (1992-ci il). Yüksək ixtisaslı əmtəəşünas.
Kamran Bayramov - Bakı Dövlət Universiteti (1999-cu il, bakalavr). Hüquqşünaslıq. Bakı Dövlət Universiteti (2011-ci il, magistr). Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2016-cı il, magistr). Dövlət və bələdiyyə idarəetməsi.
Vüqar Bayramov - Azərbaycan Dövlət İqtisad Universiteti (1997-ci il). İqtisadçı.
Bədəl Bədəlov - Azərbaycan Mühəndis İnşaat İnstitutu (1987-ci il). İnşaat mühəndisi.
Kamal Cəfərov - Bakı Dövlət Universiteti (2011-ci il, bakalavr). London Kral Universiteti (2012-ci il). Beynəlxalq Antikorrupsiya Akademiyası (2016-cı il). Hüquqşünaslıq.
Müşfiq Cəfərov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (2002-ci il, bakalavr). Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (2004-cü il, magistr). Aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi. Minnesota Universiteti, Hubert H. Humphrey Proqramı (2011–2012-ci illər). İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi.
Tamam Cəfərova - Moskva Dövlət Universiteti (1981-ci il). Tarixçi-müəllim.
Məzahir Əfəndiyev - Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu (1999-cu il, bakalavr). Dövlət və bələdiyyə idarəetməsi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2001-ci il, magistr). Təhsilin təşkili və idarə olunması.
Günay Əfəndiyeva - Azərbaycan Tibb Universiteti. Həkim.
Arzuxan Əli-zadə - Bakı Dövlət Universiteti (1992-ci il). Hüquqşünas.
Bəxtiyar Əliyev - M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (1983-cü il). Psixoloq, psixologiya müəllim. Psixologiya elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Jalə Əliyeva - Azərbaycan Dövlət Universiteti (1988-ci il). Filoloq, türk və Azərbaycan dili və ədəbiyyatı müəllimi. Bakı Dövlət Universiteti (1998-ci il). Hüquqşünas.
Əziz Ələkbərov - Azərbaycan Dövlət Universiteti (1984-cü il). Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Asif Əsgərov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (1989-cu il). Müəllim-məşqçi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2001-ci il, bakalavr). Dövlət və bələdiyyə idarəetməsi.
Heydər Əsədov - Bakı Sovet Ticarəti Texnikumu (1978-ci il). Mühasibat uçotu. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1983-cü il). Uçot-iqtisad.
Cavanşir Feyziyev - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1991-ci il). Orta məktəbdə fransız və ingilis dilləri müəllimi, tərcüməçi.
Xanlar Fətiyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti (2001-ci il). İnşaat: sənaye və mülki tikinti. Naxçıvan Dövlət Universiteti (2011-ci il). Hüquqşünaslıq.
Sevinc Fətəliyeva - Azərbaycan Dillər Universiteti (2000-ci il, bakalavr). Azərbaycan Dillər Universiteti (2002-ci il, magistr). Dilşünaslıq.
Tural Gəncəliyev - Bakı Dövlət Universiteti (2000-ci il, bakalavr). Bakı Dövlət Universiteti (2002-ci il, magistr). Hüquqşünaslıq.
Sabir Hacıyev - Azərbaycan Dövlət Universiteti (1977-ci il). Hüquqşünaslıq.
Aydın Hüseynov - Azərbaycan Dövlət Universiteti (1984-cü il). Riyaziyyatçı müəllim. Azərbaycan Dövlət İqtisad İnstitutu (1997-ci il). İqtisadçı.
Sevinc Hüseynova - Saratov Dövlət Universiteti (1992-ci il). Tarixçi, tarix müəllimi.
Naqif Həmzəyev - Bakı Dövlət Universiteti (2004-cü il, bakalavr). Bakı Dövlət Universiteti (2006-cı il, magistr). Tarixçi. Türkiyə, Fırat Universiteti, Sosial Elmlər İnstitutu (2019-cu il). Doktorantura, Yaxın və Orta Şərq tarixi.
Ülviyyə Həmzəyeva - Naxçıvan Dövlət Universiteti (2003-cü il, bakalavr). Təsviri incəsənət və rəsmxət. Naxçıvan Dövlət Universiteti (2006-cı il, magistr). Pedaqogika nəzəriyyəsi və tarixi.
Malik Həsənov - Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1997-ci il). Rus dili və ədəbiyyatı müəllimi. Azərbaycan Dövlət İqtisad Universiteti (2003-cü il). İqtisadçı.
Nurlan Həsənov - Bakı Dövlət Universiteti (2008-ci il). Hüquqşünaslıq. Almaniya Federativ Respublikası: Alman hüququ – müqayisəli hüquq (magistr).
Afət Həsənova - Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsi yanında Ali Komsomol Məktəbi (1983-cü il). Tarix.
Qüdrət Həsənquliyev - Bakı Dövlət Universiteti (1992-ci il). Hüquqşünaslıq.
Səbinə Xasayeva - Azərbaycan Dillər Universiteti (2014-cü il, bakalavr). Skandinaviyaşünaslıq. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (2018-ci il, magistr). İdarəetmədə informasiya sistemləri.
Fəzail İbrahimli - Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1973-cü il). Orta məktəbdə tarix müəllimi.
Eldar İbrahimov - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1970-ci il). Mühəndis-mexanik. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu (1992-ci il). Politoloq.
Məlahət İbrahimqızı - Azərbaycan Dövlət Tibb İnstitutu (1981-ci il). Həkim-pediatr. Bakı Dövlət Universiteti (2002-ci il). Hüquqşünaslıq.
Vüqar İsgəndərov - Gürcüstan, Laqodexi Elmi-Tədris İnstitutu (2001-ci il). Hüquqşünas. Azərbaycan Dövlət Aqrar Universiteti (2014-cü il). İqtisadçı.
İmamverdi İsmayılov - Azərbaycan Dövlət Universiteti (1980-ci il). Jurnalist. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu (1993-cü il). Politoloq.
Fariz İsmayılzadə - Qərb Universiteti (2000-ci il). Politoloq. Vaşinqton Universiteti (2002-ci il). Sosial-iqtisadi inkişaf. IE Biznes Məktəbi (2015-ci il). Ekzekyutiv MBA.
Azər Kərimli - Moskva Yüngül Sənaye Texnologiya İnstitutu (1989-cu il). Mühəndis-texnoloq.
Pərvin Kərimzadə - Bakı Dövlət Universiteti (1997-ci il). Tarixçi, tarix müəllimi.
Kəmaləddin Qafarov — Naxçıvan Dövlət Universiteti (1997-ci il). Meyvə-tərəvəzçilik və üzümçülük. Azərbaycan Dövlət İqtisad Universiteti (2009-cu il). İqtisadçı.
Vasif Qafarov - Bakı Dövlət Universiteti (2003-cü il). Tarixçi. Bakı Dövlət Universiteti (2005-ci il). Azərbaycanın yeni və ən yeni tarixi.
Mircəlil Qasımlı - Azərbaycan Dövlət İqtisad Universiteti (2013-cü il). Maliyyə.
Azay Quliyev - Bakı Dövlət Universiteti (1998-ci il). Tarix müəllimi.
Eldar Quliyev - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1974-cü il). İqtisadçı.
Ülvi Quliyev - Azərbaycan Dövlət Tibb Universiteti (1988-ci il). Farmasiya (provizor). Bakı Dövlət Universiteti (2002-ci il). Hüquqşünas.
Mübariz Qurbanlı - Gəncə Politexnik Texnikumu (1971-ci il). Texniki istismarçı. Azərbaycan Dövlət Universiteti (1978-ci il). Tarixçi. Azərbaycan Dövlət Universiteti (1985-ci il). Tarix və ictimaiyyət müəllimi.
Eyvaz Qurbanov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (1988-ci il). Bədən tərbiyəsi müəllimi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2004-cü il). Dövlət və bələdiyyə idarəetməsi.
Erkin Qədirli - Bakı Dövlət Universiteti (1994-cü il). Hüquqşünaslıq.
Göydəniz Qəhrəmanov - Azərbaycan Beynəlxalq Universiteti (1999-cu il). Hüquqşünaslıq. Azərbaycan Dövlət İqtisad Universiteti (2005-ci il). Beynəlxalq iqtisadi münasibətlər.
Rəşad Mahmudov - Türkiyə, 9 Eylül Universiteti (1998-ci il). Həkim. Ege Universiteti (2003-cü il). Ürək-damar cərrahı.
Sevil Mikayılova - Azərbaycan Dövlət Dillər İnstitutu (1996-cı il). Orta məktəbdə ingilis dili müəllimi.
Tahir Mirkişili - Azərbaycan Dövlət İqtisad Universiteti (1998-ci il, bakalavr). Azərbaycan Dövlət İqtisad Universiteti (2000-ci il, magistr). Beynəlxalq iqtisadi münasibətlər.
Elçin Mirzəbəyli - Azərbaycan Dövlət İncəsənət İnstitutu (1990-cı il). Kütləvi tamaşalar təşkilatçı-rejissoru. Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu (1992-ci il). Rejissorluq və aktyor sənətinin əsasları.
Aydın Mirzəzadə - Azərbaycan İnşaat Mühəndislər İnstitutu (1980-ci il). İnşaatçı-mühəndis. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu (1992-ci il). Politoloq.
Səttar Möhbalıyev - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1979-cu il). İqtisadçı, mühasibat uçotu.
Asim Mollazadə - Azərbaycan Dövlət Tibb İnstitutu (1976-cı il). Həkim.
Rövşən Muradov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1993-cü il). İqtisadçı.
Rasim Musabəyov - Azərbaycan Neft və Kimya İnstitutu (1968-ci il). Avtomatlaşdırma fakültəsi. 1982–1985-ci illərdə Moskva aspiranturası.
Elşad Musayev - Bakı Dövlət Universiteti (1990-cı il). Hüquqşünas.
Elşən Musayev - Bakı Dövlət Universiteti (1999-cu il, bakalavr). Bakı Dövlət Universiteti (2001-ci il, magistr). Hüquqşünaslıq, beynəlxalq hüquq.
Nəsib Məhəməliyev - Kuybışev Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutu (1988-ci il). Mühəndis. Bakı Dövlət Universiteti (1995-ci il). Hüquqşünas.
Bəhruz Məhərrəmov - Bakı Dövlət Universiteti (2004-cü il). Jurnalist. Bakı Dövlət Universiteti (2012-ci il). Beynəlxalq hüquq.
Əlibala Məhərrəmzadə - Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutu (1997-ci il). Biznesin təşkili və idarə edilməsi. Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutu (1999-cu il, magistr). Biznesin təşkili və idarə olunması.
Müşfiq Məmmədli - Azərbaycan Dövlət Tibb Universiteti (1996-cı il). Həkim-pediatr. Sankt-Peterburq Dövlət İqtisad Universiteti (2015-ci il). Səhiyyənin təşkili.
Anar Məmmədov - Azərbaycan Texniki Universiteti (2005-ci il). Yol hərəkətinin təşkili. Bakı Dövlət Universiteti (2010-cu il). Hüquqşünas.
Ceyhun Məmmədov - Beynəlxalq İslama Dəvət Kolleci (1998-ci il). Dinşünas. Xəzər Universiteti (2002-ci il, magistr). Ərəb dili.
Elman Məmmədov - Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1973-cü il). Orta məktəbdə riyaziyyat müəllimi. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu (1993-cü il). Politoloq.
Hikmət Babaoğlu - Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu (1997-ci il). Politoloq. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2002-ci il). Dövlət və bələdiyyə idarəetməsi.
İlham Məmmədov - Azərbaycan Dövlət Tibb İnstitutu (1985-ci il). Həkim.
Məşhur Məmmədov - Azərbaycan Neft və Kimya İnstitutu (1990-cı il). İqtisadçı-mühəndis.
Qaya Məmmədov - Bakı Dövlət Universiteti. Beynəlxalq münasibətlər (bakalavr, magistr). ABŞ, Tafts Universiteti, Fletçer Hüquq və Diplomatiya Məktəbi. Diplomatiya üzrə magistr. NATO Müdafiə Kolleci (2005–2006-cı illər). Ali kurs.
Soltan Məmmədov - Azərbaycan Dövlət Neft Akademiyası (1996-cı il). Mühəndis-elektrik. Xəzər Universiteti (2005-ci il, magistr). İctimai səhiyyənin idarə olunması.
Nigar Məmmədova - Bakı Dövlət Universiteti (2000-ci il, bakalavr). Bakı Dövlət Universiteti (2002-ci il, magistr). Beynəlxalq münasibətlər.
Əli Məsimli - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1975-ci il). Siyasi iqtisad müəllimi.
Ramid Namazov - Bakı Dövlət Universiteti (2003-cü il, bakalavr). Bakı Dövlət Universiteti (2006-cı il, magistr). Mülki və təsərrüfat hüququ. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2009-cu il). Dövlət və bələdiyyə idarəetməsi. Con Hopkins Universiteti (2013-cü il). Beynəlxalq münasibətlər və diplomatiya.
Razi Nurullayev - Azərbaycan Dövlət Dillər İnstitutu (1997-ci il). Orta məktəbdə ingilis və fransız dilləri müəllimi. Cənubi Rusiya Humanitar İnstitutu (2004-cü il). Hüquqşünas.
Könül Nurullayeva - Azərbaycan Dillər Universiteti (2007-ci il, bakalavr). Azərbaycan Dillər Universiteti (2009-cu il, magistr). MBA. İsveçrə Biznes Universiteti (2021-ci il). Beynəlxalq münasibətlər.
Rizvan Nəbiyev - Bakı Dövlət Universiteti (1997-ci il). Beynəlxalq münasibətlər üzrə mütəxəssis. Saarland Universiteti, Almaniya (1999-cu il, magistr). Beynəlxalq hüquq və Avropa hüququ. Tərcüməçi-referent.
Elman Nəsirov - Bakı Dövlət Universiteti (1994-cü il). Tarixçi, tarix müəllimi.
Gülşən Paşayeva - Moskva Dövlət Universiteti (1983-cü il). Filoloq, struktur və tətbiqi dilçilik üzrə mütəxəssis.
Cavanşir Paşazadə - Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (1992-ci il). İqtisadçı-təşkilatçı.
Anatoliy Rafailov - Azərbaycan Dövlət Tibb İnstitutu (1981-ci il). Həkim.
Tənzilə Rüstəmxanlı - Moskva Kooperasiya Universiteti (1991-ci il). İqtisadçı.
Vüqar Rəhimzadə - Azərbaycan Neft və Kimya İnstitutu (1992-ci il). Mühəndis-mexanik. Bakı Dövlət Universiteti (2006-cı il). Hüquqşünas.
Səbinə Salmanova - Bakı Dövlət Universiteti (1998-ci il, bakalavr). Bakı Dövlət Universiteti (2000-cü il, magistr). Dövlət hüququ.
Şahin Seyidzadə - Azərbaycan Dövlət Pedaqoji Universiteti (1999-cu il, bakalavr). Biologiya. Azərbaycan Dövlət Pedaqoji Universiteti (2001-ci il, magistr). İnsan və heyvan fiziologiyası. Azərbaycan Dövlət İqtisad Universiteti (2007-ci il, magistr). Menecment. Mançester Universiteti (2007-ci il). Təhsilin təşkili və idarəetməsi. Moskva Ali Sosial-İqtisadi Elmlər Məktəbi (2007-ci il). Sosial sahədə təhsilin təşkili və idarəedilməsi.
Zaur Şükürov - Azərbaycan Dövlət İqtisad İnstitutu (1995-ci il). İqtisadçı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2003-cü il). Dövlət və bələdiyyə idarəetməsi.
Mahir Süleymanlı - Bakı Dövlət Universiteti (2015-ci il, bakalavr). Bakı Dövlət Universiteti (2018-ci il, magistr). Hüquqşünaslıq, beynəlxalq hüquq.
Nizami Səfərov - Azərbaycan Dövlət Universiteti (1982-ci il). Hüquqşünas.
Ziyad Səmədzadə - Azərbaycan Dövlət Universiteti (1961-ci il). İqtisadçı.
Ağalar Vəliyev - Azərbaycan Mühəndis İnşaat İnstitutu (1989-cu il). İnşaat mühəndisi.
Samir Vəliyev - Bakı Dövlət Universiteti (1995-ci il). Beynəlxalq hüquq üzrə mütəxəssis, tərcüməçi-referent (ingilis dili). Odlar Yurdu Universiteti və Corciya Dövlət Universiteti (ABŞ, 2006-cı il). Magistr, ümumi təyinatlı menecment.
Mehriban Vəliyeva - Azərbaycan Dövlət Universiteti (1987-ci il). Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Pərvanə Vəliyeva - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2011-ci il). Menecment.
Fatma Yıldırım - Bakı Dövlət Universiteti (1994-cü il). Fizika müəllimi.
Mixail Zabelin - Azərbaycan Politexnik İnstitutu (1974-cü il). Hidrotexnika-mühəndisi. Bakı Ali Partiya Məktəbi (1987-ci il). Ali siyasi-partiya təhsili.
Yazının hazırlanmasında deputatların şəxsi bioqrafiya məlumatlarından və kütləvi informasiya vasitələrində dərc edilmiş materiallardan istifadə edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri