Icma.az
close
up
RU
Müəllim və həkimlərin pensiya yaşı artırılır? Deputatlar açıqladı

Müəllim və həkimlərin pensiya yaşı artırılır? Deputatlar açıqladı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Müəllimlərin və həkimlərin pensiya yaşının artırılacağı ilə bağlı iddialar səsləndirilir. Bildirilir ki, həkimlər və müəllimlərin pensiya yaşının artırılması onların sosial durumu üçün faydalı olacaq. Bu, eyni zamanda paytaxtla yanaşı bölgələrdə də kadr çatışmazlığını aradan qaldıracaq.

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətində uzun müddətdir ki, geniş müzakirə olunur.

Onun sözlərinə görə, proses davamlı olaraq təhlil edilir: “Bizə daxil olan müraciətlərdə həm həkimlərin, həm də müəllimlərin təqaüd yaşının artırılmasını istədiklərini müşahidə edirik. Bu davamlı edilən müraciətlərdə özünü açıq-aydın göstərir. Müəllimlər daha çox işləmək, daha çox fəaliyyət göstərmək üçün tez-tez müraciət edirlər. Bəzi bölgələrdə həm müəllim, həm həkim çatışmazlığı var. Bu nöqteyi-nəzərdən belə bir addımın atılmasına ehtiyac və zərurət var. Biz bu istiqamətdə də düşünməli və müəyyən addımları atmalıyıq. Həqiqətən də, bu gün həm həkim, həm də müəllimlərimiz pensiya yaşının müddətinin uzadılmasını arzu edirlər”.

Deputat Rəşad Mahmudovun fikrincə, pensiya yaşının artırılması və ya azaldılması kimi sistemli dəyişikliklər yalnız müəyyən peşə qruplarına deyil, bütün vətəndaşlara aid olmalı və dövlət səviyyəsində ümumi pensiya qanunvericiliyi çərçivəsində tənzimlənməlidir.

O hazırda səhiyyə sistemində ən böyük problemin pensiya yaşına çatan şəxslərlə əmək müqaviləsinə xitam verilməsi olduğunu deyib.

“Bu, bəzi hallarda, xüsusilə bölgələrdə, kadr çatışmazlığı baxımından müəyyən çətinliklər yaradır. Ona görə də, zənnimcə, məsələyə “yaşın artırılması” kimi deyil, pensiya yaşına çatan, lakin işləmək istəyən və sağlamlıq baxımından işləməyə qadir olan insanların fəaliyyətini davam etdirməsinə imkan yaradılması kontekstində baxmaq daha məqsədəuyğun olar”, - deputat əlavə edib.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, müəllim və həkimlərin pensiya yaşının artırılması mexanizmi düzgün planlaşdırılarsa, bu, həm sosial sabitlik, həm də xidmət keyfiyyəti baxımından müsbət nəticə verə bilər. Lakin bu addımın məcburi deyil, könüllü və fərdi əsasda tətbiqi daha məqsədəuyğundur.

"Statistik göstəricilər göstərir ki, hazırda Azərbaycanda 150 mindən çox müəllim, 35 minə yaxın həkim fəaliyyət göstərir. Onların təxminən 22 faizi 60 yaşdan yuxarıdır. Bu kateqoriyadan olan insanların bir çoxu uzun illərin təcrübəsinə malik olmaqla, sistemdə keyfiyyətin qorunmasına və gənc mütəxəssislərin hazırlanmasına mühüm töhfə verirlər. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi kadr islahatları, xüsusilə direktor və müəllim seçimlərinin şəffaflaşdırılması, bu təcrübəli kadrların elmi-pedaqoji fəaliyyətinin davam etdirilməsi üçün yeni imkanlar yaradıb. Nazirliyin yanaşması, təcrübə və bilik mübadiləsinin stimullaşdırılması müsbət qiymətləndirilməlidir".

Təhsil eksperti bu addımın müsbət və mənfi tərəflərində də danışıb:

"Müsbət tərəfi ondan ibarətdir ki, təhsil və səhiyyə sistemində kadr sabitliyi təmin olunur. Çünki son 5 ildə bölgələrdə müəllim çatışmazlığı 900-dən çox məktəbi, həkim çatışmazlığı isə 60-dan çox rayon xəstəxanasını əhatə edib. Belə şəraitdə pensiya yaşına çatmış mütəxəssislərin fəaliyyətinin uzadılması xidmətin davamlılığını qoruyur. Eyni zamanda, bu yanaşma dövlət büdcəsinə yük yaratmadan, təcrübəli işçilərin əməyinin dəyərləndirilməsinə şərait yaradır. Dövlət Statistika Komitəsinin 2024-cü ilin məlumatına görə, 65 yaşdan sonra işləmək istəyən müəllimlərin 70 faizi sosial və psixoloji baxımdan aktiv qalmaq, cəmiyyətə faydalı olmaq məqsədi güdür.

Bununla yanaşı, mənfi tərəflər də mövcuddur. Əgər pensiya yaşı məcburi şəkildə artırılarsa, gənc kadrların işə qəbul imkanları azalacaq, bu isə sistemin təzələnməsini ləngidəcək. Hazırda hər il 7-8 min gənc pedaqoji və tibb ixtisası üzrə ali məktəbi bitirir. Onların böyük hissəsi ya ixtisas üzrə iş tapa bilmir, ya da aşağı maaş səbəbindən sistemi tərk edir. Bu baxımdan, yaşlı kadrların uzunmüddətli saxlanılması gənc mütəxəssislərin motivasiyasına mənfi təsir göstərə bilər. Elm və Təhsil Nazirliyinin apardığı son islahatların məqsədi təcrübə və gəncliyin balanslaşdırılmasıdır. Buna görə də, pensiya yaşının artırılması məsələsi məcburi deyil, könüllü mexanizm üzərində qurulmalıdır".

K. Əsədov bildirib ki, dünya təcrübəsi bu baxımdan maraqlıdır.

"Finlandiyada müəllimlər üçün pensiya yaşı 63 olsa da, istəyə görə 68 yaşadək işləməyə icazə verilir. Yaponiya və Almaniyada səhiyyə işçiləri üçün “yarı ştat” prinsipi tətbiq edilir – yaşlı həkimlər klinik fəaliyyətlə yanaşı, gənc mütəxəssislərin mentorluğu ilə məşğul olurlar. Bu model həm təcrübənin ötürülməsini, həm də nəsillərarası peşəkar harmoniyanı qoruyur. Azərbaycan da bu istiqamətdə addımlar ata bilər: pensiya yaşına çatmış müəllim və həkimlər üçün “mentor” və “konsultant” statusu yaradılarsa, bu, həm onların sosial təminatını yaxşılaşdırar, həm də sistemin yenilənməsinə mane olmaz.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin mövcud kadr siyasəti göstərir ki, məqsəd təkcə yaşlı mütəxəssisləri sistemdə saxlamaq deyil, həm də onların bilik və təcrübəsini gənclərin inkişafına yönəltməkdir. Bu, son illərdə keçirilən müəllim sertifikasiyası, direktorların attestasiyası və “Ustad müəllim” təşəbbüsü kimi proqramlarda özünü göstərir. Beləliklə, pensiya yaşının artırılması təşəbbüsü yalnız kadr çatışmazlığına qarşı deyil, həm də peşəkar davamlılığın qorunması məqsədi daşıyır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri