Icma.az
close
up
RU
Bakını idarə edənlər: baş həkim, bankir, eks deputatlar, hərbçi...

Bakını idarə edənlər: baş həkim, bankir, eks deputatlar, hərbçi...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Səbailin icra başçısı vaxtilə Nizami Kino Mərkəzinə rəhbərlik edib, Xəzərin başçısı bank filialının direktoru olub, Xətainin başçısı isə elə həmin rayonun icra hakimiyyətində müfəttişlikdən birinci müavinədək yüksəlib. Yasamal və Suraxanının rəhbərləri bu vəzifəyə Milli Məclisdən gəliblər.

Modern.az Bakının 12 rayonunun icra başçısının və Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyinatdan əvvəl harada çalışdığını araşdırıb. 

Bakı şəhəri - Eldar Əzizov

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə 15 noyabr 2018-ci ildən rəhbərlik edir. Tarix ixtisası üzrə təhsil alıb, Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olub. İlk dəfə 2000-ci ildə paytaxtın Nizami rayonuna icra başçısı təyin edilib. Sonra Gəncəyə, Sumqayıta və Bakının Səbail rayonuna rəhbərlik edib. Beləliklə, Bakı şəhərinin rəhbərliyinə gələnədək dörd yerli icra hakimiyyətində başçı kimi çalışıb

Nəsimi - Tahir Budaqov

9 fevral 2026-cı ildə Nəsimiyə təyin olunan Tahir Budaqov ixtisasca həkimdir. Əlillərin Bərpa Mərkəzinin baş həkimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Prezident Administrasiyasında şöbə müdirinin müavini olub. 2009-2015-ci illərdə Bakının Nizami rayonuna rəhbərlik edib. Ardınca Dövlət Statistika Komitəsinin sədri təyin olunub və 2026-cı ilədək bu vəzifəni tutub. Nəsimiyə təyinat onun paytaxtda rayon rəhbərliyinə qayıdışı olub.

Qaradağ - Natiq Əliyev

Natiq Əliyev Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 28 sentyabr 2026-cı ildə təyin edilib. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, tarix üzrə fəlsəfə doktoru dərəcəsi alıb və hüquq üzrə magistr təhsili alıb. Həmin institutda və Dövlət İdarəçilik Akademiyasında dərs deyib. Prezident Administrasiyasında müxtəlif vəzifələr tutub, 2021-ci ildən Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri işləyib.

Yasamal - Elşad Həsənov

Elşad Həsənov 12 noyabr 2019-cu ildə Yasamalın icra başçısı təyin olunub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, hüquq üzrə fəlsəfə doktorudur. Özəl müəssisəyə rəhbərlik edib, daha sonra şirkətlərdə hüquqşünas işləyib. 2015-ci ildə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilib. Beləliklə, icra başçısı təyin olunmazdan əvvəl elə həmin rayonun seçicilərini parlamentdə təmsil edib.

Suraxanı - Adil Əliyev

Suraxanı Rayon İcra Hakimiyyətinə 8 iyul 2024-cü ildən rəhbərlik edən Adil Əliyev əvvəlcə Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib, 1994-2005-ci illərdə daxili işlər orqanlarında çalışıb. 2005-ci ildən 2024-cü ilədək Milli Məclisin deputatı olub. Parlament sədrinin müavini və Gənclər və idman komitəsinin sədri vəzifələrini tutub.

Səbail - Vüqar Zeynalov

Vüqar Zeynalov 30 oktyabr 2018-ci ildə Səbailin icra başçısı təyin edilib. O, rayon rəhbərliyinə mədəniyyət sahəsindən gəlib. 2012–2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru, 2015-2018-ci illərdə isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi olub.

Xəzər - Elşən Salahov

Elşən Salahov 5 fevral 2019-cu ildən Xəzər rayonuna rəhbərlik edir. Əmək fəaliyyətinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində başlayıb. 2009-cu ildə “Bank Standard”ın Mərdəkan filialının direktoru olub. 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinə rəhbər təyin edilib, 2018-ci ildə isə icra başçısının birinci müavini vəzifəsinə keçib. Bank sektorundan gəldiyi rayonun icra aparatında iki rəhbər vəzifə tutduqdan sonra başçı təyin olunub.

Xətai - Rafiq Quliyev

Rafiq Quliyev 12 noyabr 2019-cu ildə Xətainin icra başçısı təyin olunub. 1997-ci ildə həmin rayonun icra hakimiyyətində müfəttiş kimi işə başlayıb. Sonrakı illərdə müfəttiş-inspektor, Ümumi şöbənin müdiri, başçının müavini və birinci müavini olub. 

Binəqədi - Elxan Allahverdiyev

Elxan Allahverdiyev 6 iyun 2018-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifəyədək özəl sektorda çalışıb. E. Allahverdiyevin özəl tikinti şirkətlərindən birinə rəhbərlik etdiyi bildirilib.

Sabunçu - Adil Vəliyev

Adil Vəliyev 14 aprel 2012-ci ildən Sabunçuya rəhbərlik edir. Əvvəllər Nərimanov Rayon İcra Hakimiyyətində və Bakı Şəhər Xalq Deputatları Sovetində çalışıb. Daha sonra Dövlət Neft Şirkətinin strukturunda rəhbər vəzifə tutub. Sabunçuya təyinatadək, 2003–2012-ci illərdə, təsis etdiyi “Euro Style” şirkətində çalışıb. Bakının hazırkı rayon icra başçıları arasında eyni rayona ən uzun müddət rəhbərlik edən odur.

Pirallahı - Vasif İmanov

Vasif İmanov Pirallahının icra başçısı vəzifəsinə 7 mart 2013-cü ildə təyin edilib. Əmək fəaliyyətinə yol istismarı sahəsində mühəndis-mexanik kimi başlayıb, daha sonra tikinti və nəqliyyat idarəçiliyində rəhbər vəzifələr tutub. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini işləyib. Pirallahıya təyinatdan əvvəl Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini olub.

Nizami - Coşqun Cəbrayılov

Coşqun Cəbrayılov 18 fevral 2022-ci ildə Bakının Nizami rayonuna icra başçısı təyin edilib. Karyerası yerli icra strukturları ilə bağlıdır. Sumqayıt və Səbail icra hakimiyyətlərində çalışıb. Təyinatdan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. 

Nərimanov - Elgin Həbibullayev

Elgin Həbibullayev də 18 fevral 2022-ci ildə icra başçısı təyin olunub. Maliyyə və kredit ixtisası üzrə təhsil alıb. Gəncə Şəhər İcra Hakimiyyətində başçının köməkçisi və aparat rəhbəri, Sumqayıt Şəhər İcra Hakimiyyətində başçının müavini işləyib. Nərimanova təyinatdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti aparatının rəhbəri olub. Cəbrayılov və Həbibullayev eyni gündə şəhər icra hakimiyyətindəki vəzifələrindən iki ayrı rayonun rəhbərliyinə keçiblər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri