Həkim narkoloqların və klinik psixoloqların sayı artırılacaq
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycanda narkoloji xidmətin təkmilləşdirilməsi və peşəkar kadrlarla təmin olunması məqsədilə həkim-narkoloqların və klinik (tibbi) psixoloqların sayının artırılması istiqamətində əlavə tədbirlər görülməsi nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bu məsələ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Həmçinin narkomanlığın erkən müəyyən edilməsi və könüllülük prinsipi əsasında müalicənin səmərəli təşkili məqsədilə rayon (şəhər) xəstəxanalarında və poliklinikalarında fəaliyyət göstərən narkoloji tibb kabinetlərinin işinin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















