Icma.az
close
up
RU
Orta məktəblərdə psixoloqların sayı artırılsın!

Orta məktəblərdə psixoloqların sayı artırılsın!

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı ilin dövlət büdcəsi layihəsinə rəyində vətəndaşların sosial rifahının artırılması məqsədilə bir sıra təkliflər təqdim edib.

Modern.az xəbər verir ki, təklif parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Müvəkkil qeyd edib ki, şəkərli diabet xəstələrinin təminatının gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, həmçinin Türkiyə kimi ölkələrin müsbət təcrübələri nəzərə alınmaqla, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı gücləndirilməlidir.
Bununla yanaşı, Ombudsman ictimai nəqliyyatda sosial qruplara güzəştlərin tətbiqinin zəruriliyini vurğulayıb. O bildirib ki, xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştlər tətbiq olunmalıdır.
Səbinə Əliyeva həmçinin orta təhsildə sosial bərabərliyin təmin olunması məqsədilə şagirdlərə dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərin də dövlət hesabına verilməsini təklif edib. O xatırladıb ki, ölkəmizdə orta təhsil icbaridir və tədris proqramlarında bu vəsaitlərdən komplekt şəkildə istifadə nəzərdə tutulur.
Bundan əlavə, Ombudsman orta məktəblərdə psixoloq ştatlarının artırılmasının vacibliyinə diqqət çəkib. Onun fikrincə, mövcud ştat sayı şagird sayına nisbətdə kifayət qədər deyil və bu sahədə artıma ciddi ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri