Icma.az
close
up
RU
Əsgər sayı artırılacaq

Əsgər sayı artırılacaq

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ordudakı əsgər sayını artıracaqlarını və ehtiyat qüvvələri əhəmiyyətli dərəcədə gücləndirəcəklərini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, İsrail Baş Nazirliyinin mətbuat ofisinin yaydığı məlumata görə, Netanyahu İsrail ordusu adından təşkil olunan bir proqramda çıxış edərək, son iki ildə bölgədə həyata keçirdikləri hücumlarla “yalnız Yaxın Şərq xəritəsini dəyişmədiklərini, özlərində də böyük bir transformasiya başlatdıqlarını” deyib. 

Netanyahu İsrail ordusundakı ehtiyat hərbi xidmət sisteminin “əsas amil” olduğunu vurğulayaraq, “Daha böyük və ağıllı bir orduya ehtiyacımız var”,- deyib. O, ordunun say və imkanlarını artıracaqlarını bildirib: “Daimi ordumuzu genişləndirəcəyik və ehtiyat qüvvələrimizi ciddi şəkildə gücləndirəcəyik”. 

İsrail Parlament Komitəsi avqust ayında, Qəzzada İsrailin 2023-cü ilin oktyabrında başladığı soyqırımdan bu yana, xüsusilə ehtiyat əsgərlər arasında intihar hallarının “narahatedici dərəcədə artdığını” müzakirə etmişdi. Mövzu ilə bağlı məlumat təqdim edən İsrail ordusu bu halların qarşısını almaq üçün dəstək xidmətlərinin genişləndirilməsini və yeni təşəbbüslərin həyata keçirilməsini tələb etmişdi. 

Qeyd edək ki, İsraildə qadınlar üçün 2, kişilər üçün isə 3 il məcburi hərbi xidmət var. Məcburi hərbi xidmətini başa vuran israillilər, ixtisaslarına uyğun olaraq hər il könüllü şəkildə təlimlərə çağırılır. Lakin döyüş pilotları və digər elit birliklər il ərzində daha tez-tez təlim və əməliyyatlara qatılır. 

Beləliklə, məcburi hərbi xidmətini tamamlayan israillilər ən azı 40 yaşına qədər ehtiyat əsgər kimi silah altına alına bilirlər. Qərargah səviyyəsində olan əsgərlər isə daha yüksək yaşlara qədər ehtiyat komandir kimi xidmət edə bilirlər. İsrail qanunlarına görə, 18 yaşını tamamlayan hər kəs məcburi hərbi xidmət keçməlidir. 

Lakin ultra-ortodoks yəhudi (Haredi) icmasının hərbi xidmətdən azad olunması illərdir ölkədə mübahisə mövzusudur. İsrail Ali Məhkəməsi 25 iyun 2024-cü ildə Haredi kişilərin məcburi hərbi xidmətdən azad olunmasının hüquqi əsasının olmadığını və xidmətə yararlı olanların orduya çağırılmalı olduğunu qərara almışdı. 

Hökumət, hərbi xidmətə yararlı təxminən 80 min Haredi kişidən təxminən 24 mininə çağırış vərəqəsi göndərmiş, 2025–2026-ci illər üçün “hovuz” kimi tanımlanan qrupun qalan hissəsinə isə iyul ayından etibarən çağırış göndəriləcəyi bildirilmişdi. Haredilərin hərbi xidmətdən azad olunmasını təmin edəcək bir qanunun qəbul edilməməsi səbəbilə Netanyahunun Haredi koalisiya tərəfdaşları hökumətdən istefa verdiklərini açıqlamış və parlament iclaslarını boykot etməyə başlamışdılar. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri