Icma.az
close
up
RU
Həkim reklamlardan çəkinməlidir Professordan sərt TƏNQİD

Həkim reklamlardan çəkinməlidir Professordan sərt TƏNQİD

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar gündəmi zəbt edən məsələlərdən biri də "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın iş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etməsidir. Onlarla bağlı töhmət və müvəqqəti işdən uzaqlaşdırma qərarı verilsə də, bu cür halların ölkəmizdə çox olması danılmazdır. Elə son günlərdə burun əməliyyatına girən gənc qızın komaya düşməsi də əsas problemlərdəndir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, əməliyyat otağına kənar şəxslərin girişi xəstənin həyatı üçün təhlükə yarada bilər:

"Azərbaycanda həkim etika, kodeksi yoxdur. Bu dünyanın hər yerində var və qanunlar toplusu adlanır, həkimlərin və tibb işçilərin fəaliyyəti ilə bağlı qanunverici aktdır. Bizdə ictimaiyyət yalnız Hipokrat andı ilə manipulyasiya edilir, vəssalam. Bu hadisə çox xoşagəlməz hadisədir. Əvvəla, əməliyyat otağına, hətta klinikanın öz işçiləri belə, onların orada işi yoxdursa, daxil ola bilməzlər. İkincisi, əməliyyatda ən əsas məsələlərdən biri sterillik-aseptik konseptika qaydalarıdır ki, onların pozulması təhlükə yaradır. Digər tərəfdən, həkimin işdən ayrılıb diqqətin yayındırılması, xəstənin həyatı üçün risk yarada bilər".

Professor həkimlərə reklamlardan çəkinməyi, düzgün şəkildə işləməkləri barədə çağırış etdi.

"Ən əsası isə xəstənin görüntülərinin ictimailəşməsi yalnız onun icazəsi ilə ola bilər. Bütün bu sadalanan məsələlər var ki, bunlar bütövlükdə hüquqi məsuliyyət yaradan bir məsələdir. Bununla bağlı ciddi şəkildə tədbir görülməlidir ki, bu cür hallar bir daha təkrarlanmasın. Biz nəzərə almalıyıq ki, hüquqi dövlətdə yaşayırıq, qanunlara əməl etməliyik, həkim reklamlarından çəkinməliyik, özümüzü ciddi aparmalıyıq və ən əsası, dünyada qəbul edilən qaydalara əməl etməliyik", - deyə A.Qeybulla qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Yanvar 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri