Icma.az
close
up
RU
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır Professordan TƏNQİD

Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır Professordan TƏNQİD

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Adil Qeybulla: Sertifikasiya imtahanını akkreditasiya sistemi ilə müqayisə etmək doğru deyil


Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası davamlı peşəkar inkişaflarının (DPİ) qiymətləndirilməsi ilə də həyata keçiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, Beynəlxalq praktikada təsdiqini tapmamış, effektivliyi sübuta yetirilməmiş və tətbiq olunmayan metodların Azərbaycanda icrasını məqsədəuyğun hesab etmir:


“Bu cür yanaşmalar həm vaxt itkisinə, həm də eksperimental xarakter daşıyan fəaliyyətə bərabərdir və onların digər sistemlərlə müqayisəsi də qeyri-məntiqidir. Bu kontekstdə hesab edirəm ki, mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır. Bu, artıq zəruri və gecikmiş bir addımdır. Xüsusilə də davamlı peşəkar inkişafın qiymətləndirilməsi akkreditasiya sistemi çərçivəsində həyata keçirilməlidir. Bu sistem beynəlxalq praktikaya uyğun şəkildə qurulmalı və əsas diqqət səhiyyə işçilərinin, xüsusən də həkimlərin təcrübə proqramlarında, o cümlədən xaricdə təşkil olunan təlim və konfranslarda iştirakına yönəldilməlidir. Həkimlər yeni metod və yanaşmaları mənimsəməli, beynəlxalq klinik protokollarla işləmə bacarıqlarını inkişaf etdirməli və Qərb təbabətinin standartlarına uyğunlaşmağa imkan verən biliklər əldə etməlidirlər. Bu istiqamət Azərbaycanın tibbi sisteminin inkişafı üçün yeganə məqsədəuyğun yoldur. Bu baxımdan, sertifikasiya imtahanını akkreditasiya sistemi ilə müqayisə etmək doğru deyil. Çünki sertifikasiya imtahanı sistemi hazırda dünyanın heç bir inkişaf etmiş ölkəsində tətbiq olunmur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 İyun 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri