Həkimdən xəbərdarlıq: Yanlış antibiotik qəbulu xəstəliyi ağırlaşdıra bilər
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyalı infeksionist Yekaterina Boldıreva antibiotiklərin həkim nəzarəti olmadan qəbulu nəticəsində yarana biləcək fəsadlar haqqında danışıb.
Ölkə.az xəbər verir ki, o, bu təhlükələr haqqında "lenta.ru”ya danışıb.
Həkimin sözlərinə görə, antibiotikləri həkimlə məsləhətləşmədən qəbul edən insan təkcə infeksiyadan sağalmaya bilər, həm də onun ağırlaşmaları ilə üzləşə bilər. Nəzarətsiz və tez-tez antibiotik istifadəsinin digər bir təhlükəsi isə bakteriyaların bu dərmanlara qarşı davamlılıq qazanmasıdır, nəticədə antibiotiklər təsir etməyi dayandırır.
O əlavə edib ki, insanlar çox vaxt tibbi təhsili olmadığı halda özlərinə uyğun olmayan antibiotiklər təyin edirlər və ya onları ehtiyac olmadan qəbul edirlər. Bu halda müalicə qeyri-effektiv olur və belə vəziyyətdə dərmanların qəbulu dərhal dayandırılmalıdır. Amma düzgün təyin edilmiş antibiotik kursunu yarımçıq saxlamaq olmaz, çünki bu, xəstəliyin təkrarlanmasına səbəb olur.
Sonda həkim qeyd edib ki, antibiotiklərin probiotiklərlə birlikdə qəbulu barədə yayılan fikir tam doğru deyil. Standart antibiotik kursu zamanı insanların əksəriyyəti üçün sadəcə liflə zəngin düzgün qidalanma rejimi kifayət edir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 22 Noyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















