Icma.az
close
up
RU
Həkimlər bu vəzini kəsib tullayırdı Xərçəngdən qoruyurmuş

Həkimlər bu vəzini kəsib tullayırdı Xərçəngdən qoruyurmuş

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Döş sümüyünün arxasında yerləşən iki paylı timus vəzi onilliklər boyu həkimlər tərəfindən fəaliyyətsiz, lazımsız bir toxuma parçası olaraq qəbul edilib. Son araşdırmalar isə cərrahi əməliyyatlar zamanı ilk gözdən çıxarılan bu orqanın insan sağlamlığı üçün həyati əhəmiyyət kəsb etdiyini üzə çıxarıb. Tibb dünyasının uzun illər əhəmiyyətsiz saydığı bu toxuma növünün əslində uzun ömürlülük və xərçənglə mübarizədə mühüm rol oynaya biləcəyi məlum olub.
Demokrat.az xəbər verir ki, aparılan tədqiqatlara görə timus vəzisi daha sağlam olan şəxslərin ağciyər xərçəngi, ürək xəstəlikləri və digər səbəblərdən ölüm riski xeyli aşağıdır. Harvard Kök Hüceyrə İnstitutunda reallaşan araşdırma zamanı məlum olub ki, bu orqanı əməliyyatla götürülən yetkin şəxslərin sonrakı beş il ərzində ölüm ehtimalı timusu yerində qalanlara nisbətən iki dəfə çoxdur. Eyni zamanda orqanın yoxluğu xərçəng və autoimmun xəstəliklərin yaranma riskini də eyni dərəcədə artırır.
Uşaqlıq dövründə immunitet sisteminin qurulmasında əvəzsiz rol oynayan bu vəzi sümük iliyindən gələn hüceyrələri xüsusi müdafiə hüceyrələrinə çevirərək orqanizmi viruslardan qorumağa kömək edir. Yeniyetməlik dövründən etibarən isə piy toxumasına çevrilərək kiçilməyə başlayır və keyfiyyətli hüceyrə istehsalını azaldır.
Mütəxəssislər hazırda laboratoriya şəraitində süni timus istehsal etmək və onun təbii qocalma prosesini yavaşlatmaq üzərində çalışırlar. Bu proses uğurla nəticələnərsə, yaşlı insanların peyvəndlərə verdiyi reaksiyanı artırmaq və ağır xəstəliklərin qarşısını almaq mümkün olacaq.
Döş Cərrahiyyəsi Mütəxəssisi Professor Kamal Karapınar mövzu ilə bağlı bildirib ki, açık ürək əməliyyatlarında qəlbə çatmaq üçün bu orqan demək olar ki standart olaraq çıxarılır. Həkim öz təcrübəsində bu əməliyyatı keçirən şəxslərdə infeksiyalara yoluxma və ya ümumi xəstəlik riskində kəskin artım müşahidə etmədiyini qeyd edib. Bununla belə, timusun mövcudluğunun yeni nəsil xərçəng dərmanlarının və immunoterapiya müalicələrinin effektivliyini artıra biləcəyini də istisna etməyib. Hazırda bu orqanın fəaliyyətini gücləndirən xüsusi bir müalicə və ya dərman isə mövcud deyil.
Qısası, illər boyu bədənin lazımsız hissəsi hesab edilən timus vəzisinin əslində xərçəngdən qorunmaqda və immunitetin uzunmüddətli fəaliyyətində gizli rolunun olduğu müəyyən edilib.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 May 2026 05:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri