Həkimlər niyə bölgələrdə işləmək istəmir? Ekspert açıqlayır
Icma.az bildirir, Milli.az portalına istinadən.
Regionda fəaliyyət göstərən həkimlərin maaşı şəhərdə işləyən həkimlərin maaşından çoxdur.
Milli.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Buna baxmayaraq bölgələrdə hələ də həkim problemi var.
Bəs niyə həkimlər bölgələrdə çalışmaq istəmir?
Məsələ ilə bağlı bildirib ekspert Sübhan Hacıyev bildirib ki, buna səbəb tək maddiyyat deyil:
"Rayonlarda gərginlikdən əlavə sosiallaşma da zəif olduğu üçün bəzən həkimlər ora üz tutmurlar. Çünki həkim ziyalı təbəqədir və bu adam da istəyir ki, övladı normal məktəbdə oxusun, sosial həyat yaşasın. Rayonlarda isə sosiallaşma zəif olduğu üçün insanlar ailəsi ilə orada yaşamağa üstünlük vermirlər".
O qeyd edib ki, problemin həlli istiqamətində kompleks tədbirlərin görülməsinə ehtiyac var:
"Bir sözlə bölgələrdə həkim çatışmazlığını təmin etmək üçün tək maddiyyat yox, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, tibb müəssələrinin texniki imkanlarının genişləndirilməsi, kariyera imkanlarının nəzərə alınması kimi imkanlar qiymətləndirilməlidir".
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 26 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















