Icma.az
close
up
RU
Bölgələrdə tibbi kadr çatışmazlığı: Həkimlər rayonlarda niyə işləmək istəmir?

Bölgələrdə tibbi kadr çatışmazlığı: Həkimlər rayonlarda niyə işləmək istəmir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. 

Bu, təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir".

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur:

"Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun".

Bildirək ki, bir sıra sahələrlə yanaşı bölgələrdə həkim şatışmazlığı da özünü göstərir. Azərbaycan Tibb Universitetindən cari ildə ümumilikdə 1 235 nəfər tələbə məzun olub. Onlardan 853 nəfəri Azərbayacan vətəndaşı, 382 nəfəri isə xarici vətəndaşdır.

Tibb Universitetindən 2023-cü ildə 152 rezident, 2024-cü ildə isə 133 rezident məzun olub. Hazırda Azərbaycan Tibb Universitetində 737 rezident təhsil alır. ATU-da təhsil alan rezidentlərdən 138 nəfəri cari tədris ilində məzun olacaq.

Qeyd edək ki, bu il qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. 2024/2025-ci tədris ilində ATU-ya qəbul olan tələbələrin sayı 1677 olub. 

Maraqlıdır ki, bu gün bu sahədə təhsil alan tələbələrlə yanaşı ixtisasa yiyələnmiş həkimlərin də sayı kifayət qədər olmasına baxmayaraq bölgələrdə həkim çatışmır.

Onu da vurğulayaq ki, ATU-nu bitirib, həkim ixtisasına yiyələnlərin bir çoxu elə Bakıda fəaliyyət göstərən xəstəxanalarda çalışmaq istəyir. Bu da bir faktdır ki, hazırda bölgələrin bir qismində Sovet dövründə mövcud olan həkim məntəqəsi belə yoxdur. Niyə bu gün həkimlər bölgələrdə çalışmaq istəmir?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a bildirib ki, bölgələrdə həkimlərin həm əməkhaqqı, həm də həyat şəraiti normal təmin edilməlidir:

"Yəni ən azından müəyyən stimulyasiya tədbirləri görülməlidir ki, həkimlər orada çalışmaya meyilli olsunlar. Burada xüsusilə ixtisas həkimlərindən söhbət gedir. Onlar üçün xüsusi maaşlar təyin edilməlidir. Yəni müvəqqəti olaraq regionların inkişafı üçün bu proses vacibdir.

Digər tərəfdən təcrübəli həkimlər, 65 yaşına çatan kimi işdən çıxarırlar. Ən azından həmin həkimlərin resurslarından istifadə etmək olar ki, onlar rayonda işləsin. Əlbəttə, onlar həmin yüksək maaşla təmin olunmaq şərtilə bu reallaşmalıdır.

Hansısa bir tədbirlər görülməsə, rayonlarda bu problem qalacaq. Nəzərə almaq lazımdır ki, səhiyyənin bütün bölgələrdə, rayonlarda heç olmasa, orta səviyyəsinin bərabərləşdirilməsi üçün kadr təchizatı çox vacibdir. Yəni bu, əsas məsələdir. 

Çünki həkim yoxdursa, hospital da yoxdur. Hesab edirəm ki, bununla bağlı bir tədbirlər planı olmalıdır. Ən azından bir hesablama aparılmalıdır ki, bir neçə rayonun birləşdiyi regiona məhz vacib sahələr üzrə azı bir neçə ixtisas həkimin göndərilməsini təmin etmək üçün xüsusi maaş, digər kommunal güzəştlər olmaq şərtilə stimulyasiya tədbirləri görülməlidir. 

Onların iş gününün əlavə hesablanması kimi tədbirlər həyata keçirmək olar. Bir də pensiya yaşına çatmış həkimlərin hansı ki, əməkqabiliyyətlidir, özlərinə tamamilə nəzarət edirlər və böyük təcrübələri var, niyə onların təcrübəsindən istifadə edilməsin? İndiki reallıqda bu vacibdir". 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: həkim rayon kadr Vüqar Qurbanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri