Icma.az
close
up
RU
Həkimlərə saxta sertifikatları kim verib? Həbsxana gözləyən məmurlar

Həkimlərə saxta sertifikatları kim verib? Həbsxana gözləyən məmurlar

Icma.az, Bakupost saytına istinadən bildirir.


Plastik cərrahlarla bağlı qalmaqal ilk baxışdan səliqə-səhmanla yoluna qoyulur: KİV-də 50-yə yaxın plastik cərrahın sertifikatının saxta olduğu barədə xəbərlər yayılandan sonra hüquq-mühafizə orqanları araşdırmalara başladı, qısa araşdırmalardan sonra Baş Prokurorluq rəsmi açıqlama yaydı və diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlandığını bəyan etdi. Eyni zamanda qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər - Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil Şöbəsinin müdiri Səidə Rüstəmova və Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçildi.

Bundan başqa ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara fəaliyyətlərinin qanuniliyini təsdiqləyən sənədlərinin surətlərini 31 yanvar 2025-ci ilədək Səhiyyə Nazirliyinə təqdim etmək üçün vaxt verildi.

Daha sonra araşdırmalar davam etdirildi və bu yaxınlarda 10-a yaxın plastik cərrahın lisenziyasının ləğv olunduğu açıqlandı. Elə bundan sonra da məsələ yenidən daha da aktuallıq kəsb etməyə başladı. Çünki bir tərəfdən, qanunsuz yollarla sertifikat əldə edənlərin çıxdaş olunması, digər tərəfdən yenidən sertifikat alıb-ala bilməyəcəkləri plastik cərrahlar arasında təşviş yaratdı.

Hazırda plastik cərrahlarla bağlı araşdırma davam etdirilir və bu sahəyə qanunsuz soxulan həkimlər cəzalandırılır. Amma bir məsələ yenə də açıq qalır: axı bu sertifikatı onlar özləri-özlərinə verməyiblər. Azərbaycan qanunvericiliyinə əsasən, xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Başqa sözlə, plastik cərrahiyyə ilə məşğul olmaq hüququ Səhiyyə Nazirliyinin Sertifikasiya Şurası tərəfindən rəsmiləşdirilir. O zaman sual yaranır, niyə yalnız saxta yollarla sertifikat alan həkimlər cəzalandırılır? Axı bu qanunsuzluğu rəsmiləşdirənlər onlardan heç də az məsuliyyət daşımırlar. Bəs, onlar niyə məsuliyyətə cəlb olunmurlar? Nə qədər inandırıcıdır ki, saxta sertifikasiya ilə yalnız nazirliyin şöbə rəhbərləri Səidə Rüstəmova və Lətafət Cabbarova məşğul olublar? Axı onların heç biri nazirliyin Sertifikasiya Şurasının rəhbəri deyillər. Məgər saxta sertifikatlara görə əsas məsuliyyəti Sertifikasiya Şurasının sədri daşımırmı? Bu suallara qayıdacağıq.

İndilik plastik cərrahların sertifikasiyası ilə bağlı Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, dosent, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyevin fikirlərinə diqqət edək. O, Bakupost.az -a açıqlamasında sertifikatı ləğv olmuş həkimlərin aqibətinin necə olacağı barədə qanunvericiliyin tələblərindən danışıb:

“Ümumimyyətlə, mətbuatda başlıqlarda gedən "filan həkimin lisenziyası ləğv olundu", "filan cərrahın lisenziyasının vaxtı keçdi" kimi xəbərlər düzgün deyil. Lisenziya sahibkarlıq fəaliyyəti üçün hər hansı quruma verilən sənəddir. Bütün özəl klinikalar lisenziya ilə işləyir. Həkimlərdən isə stomatoloqlara bu sənəd lazımdır. Çünki fəaliyyət göstərmək üçün klinika, kabinet və s. aça bilərlər. Onu da Səhiyyə Nazirliyi vermir və bunun üçün heç bir imtahan lazım deyil. Onun qeydiyyat şərtləri başqadır. Lisenziyanı müəyyən rəylərdən sonra "Asan Xidmət" verir.

O ki qaldı, sertifikasiya şəhadətnaməsinə, bu sənəd Azərbaycan ərazisində tibbi praktiki fəaliyyət göstərmək üçün əsas sənəddir. Bu sertifikatı olmayan həkimin tibbi fəaliyyət göstərməsi mümkün deyil, qanunsuzdur. Bu barədə prezidentin xüsusi sərəncamı var. Sertifikat 5 illik verilir, vaxtı bitdikdə, yenidən imtahan verirlər, əgər keçirlərsə, yenidən sertifikat alırlar.

Sertifikatı almaq üçün yeganə tələb Sertifikasiya Komissiyasının imtahanından keçməkdir. Əgər hansısa həkim suallara cavab verə bilməsə, ona 6 ay vaxt verirlər ki, hazırlaşıb yenidən imtahan versin. Həkim də gedib hazırlaşır, kurslardan keçir, yenidən müraciət edir. Əgər o, ikinci dəfə də kəsilərsə, bu zaman onu işdən azad edirlər və ya həkimlik fəaliyyətinə icazə vermirlər. Deməli, iki dəfə imtahandan keçə bilməyən həkimin xalqa, pasiyentlərə xidmət göstərmək üçün bilik səviyyəsi kifayət etmir. Amma imtahanlarla bağlı say tələbi yoxdur. 3-5 dəfə də imtahan verə bilərlər. Sertifikasiya şəhadətnaməsi olmadan qanundan yayınıb xəstə qəbul edən, hər hansı özəl klinikada fəaliyyət göstərən həkim də, klinika da yüksək məbləğdə cərimə olunur. Bu yoxlamalar və cəzalar artıq sərtləşdirilib. Ona görə özəl klinikalar sertifikatsız həkimin işləməsində maraqlı olmamalıdır".

Saxta plastik cərrahlarla yanaşı, onlara qanunsuz yollarla, eləcə də maddi maraq qarşılığında sertifikat verən məmurların cəzalandırılması məsələsinə qayıdaq.

"Azərbaycan Tibb Jurnalı"nın redaktoru Fuad İslamzadə hesab edir ki, bu məsələdə cəza şərtləri hamıya eyni dərəcədə şamil edilməməlidir:

"Həkimlik təhsili olmadan tibbi fəaliyyətlə məşğul olanlara, sertifikatı olmayanlara daha sərt t cəzalar olmalıdır, nəinki rezidentura üzrə təhsili və fəaliyyəti bir az uyğun gələnlərə. Məsələn, həkim var lor cərrahdır, amma burun estetiki ilə məşğul olur. Ona qarşı bir qədər yumşaq davranıla, xəbərdarlıq edilə bilər.

O ki qaldı, saxta sertifikatları verənlərə, bunu Nazirlikdə kim veribsə, onlar cəzalanmalıdır. Burada insani nəfs, maddi maraq, sui-istifadə faktoru ola bilər.

Ümumiyyətlə, özəl klinikalara lisenziyalar verilməsi də sərtləşməli, ciddi yoxlamalar aparılmalıdır. Mənə bir fakt danışmışdılar, Azərbaycanda özəl klinikada orta tibb təhsili olan biri narkoz verən, yəni anestezioloq kimi işləyib pul qazanmışdı. Dəfələrlə olub ki, əməliyyatda xəstə ölümü baş verən klinika rəhbərləri istintaqa və mətbuata deyib ki," biz əməliyyatxananı həkimə icarəyə veririk, bizim məsuliyyətimiz yoxdur. Həkim kirayə yer tutub xəstəni əməliyyat edir". Bu məsələ araşdırılmalıdır. Əgər həkimi yoxlamadan, sənədləri qaydasında olmadan, öz əməliyyat otağına buraxırsansa, deməli, bu, cinayətdir. Təəssüf ki, özəl klinikalar və havadarları həmişə cəzadan kənarda qalır. Dünyanın heç bir ölkəsində o ölkənin qanunlarına uyğun təhsil almayan, imtahan verməyən, icazə almayan həkimi nəinki əməliyyata, heç xəstənin müalicəsinə belə yaxın buraxmazlar. Bu, cinayətdir. Vaxtilə keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev həmişə deyirdi ki, özəl klinikalarda baş verən məsələlərə, yanlış müalicə və ölüm faktlarına, həkim səhlənkarlığına biz cavabdeh deyilik. İndi də eyni cavablar olur. Amma görünür ki, cavabdeh olmaq lazımdır. Tibb Universitetini və rezidenturanı bitirəndən sonra həkimlərin keçməli olduğu yollar, sənədlər, qurumlar çoxdur. Məsələ, təkcə ATU-nu oxuyub bitirmək deyil".

Beləliklə, tibb mütəxəssisləri də, mövcud qanunvericiliyin tələbləri də saxta sertifikat sahibi olan plastik cərrahlarla yanaşı, onu verən yüksək rütbəli məmurların da cəzalandırılmasını tələb edir.

Onu da qeyd edək ki, sertifikatlaşdırma prosesinin həyata keçirildiyi son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb. Sədr kimi isə 2019-cu ildə həmin sertifikatları Səhiyyə nazirinin hazırkı müavini, o zaman isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışan İlqar Qasımov imzalayıb. Halbuki belə sənədlər nazir və ya nazir müavini səviyyəsində imzalanmalıdır. Ancaq İlqar Qasımov nazir müavini vəzifəsinə 2022-ci ilə təyin edilib. (https://sehiyye.gov.az/nazirlik/nazirliyin-rehberliyi/qasimov-i-lqar-bulf-z-oglu/)

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümükün deyil.

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev Bakupost.az -a açıqlamasında bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb: "İlqar müəllin heç vaxt sertifikasiya komissiyasının sədri olmayıb. O nazir müavinidir və sertikata nazir müavini kimi qol çəkir. Seftifikatları komissiya hazırlayır, verir Səhiyyə Naziliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub".

Hər halda plastik cərrahlarla bağlı aparılan araşdırma davam edir və yəqin ki, bir çoxlarının sertifikatı ləğv olunduğu kimi, ona imza atan yüksək vəzifəli şəxslər də cəzalandırılacaq. Hələlik bu məsələdə ən çox Səhiyyə nazirinin müavini İlqar Qasımovun adı hallanır. Amma bu heç də o demək deyil ki, saxta sertifikatlaşdırmanın arxasında dayanan başqa ismlər ortaya çıxmayacaq.

Zaur, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see172

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see138

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see126

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Lavrov da Antalyadadır KONKRET

12 Aprel 2025 00:15see109

ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

11 Aprel 2025 23:34see109

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see109

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see107

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri