Icma.az
close
up
RU
Saxta diplomlu həkimlərə görə kim məsuliyyət daşıyır? Millət vəkilləri danışdı

Saxta diplomlu həkimlərə görə kim məsuliyyət daşıyır? Millət vəkilləri danışdı

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar diplomsuz, sertifikasiyasız həkimlərlə bağlı məsələlər çox eşidilir. Sözsüz ki, bu aktual bir mövzudur. Həkimlik bilavasitə insan taleyi ilə bağlıdır. Belə bir deyim var ki, hüquqşunaslar, hakimlər, həkimlər insan taleyi ilə məşğul olur. Ona görə də həkimlərimiz savadlı, təcrübəli olmalıdırlar.

Bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.

“Azərbaycanda kifayət qədər savadlı, təcrübəli həkimlər var. Tibb Universitetinin yetirmələri və xaricdə təhsil almış yaxşı, savadlı, təcrübəli həkimlərimiz ölkə səhiyyəsinin inkişafında yer alırlar. Onların arasında tanınmış cərrahlarımızın adlarını çəkə bilərik. COVID19 pandemiyası dövründə həkimlərimiz üzərlərinə düşən vəzifələri yüksək səviyyədə icra etdilər. Amma həkim adına uyğun olmayan şarlatanlar da az deyil. Bu cür saxta həkimlər yalandan vətəndaşı aldadır, müalicə əvəzinə cərrahi əməliyyata salır. Sözsüz ki, bunu da ancaq qazanc, pul xatirinə edirlər”, - deyə S.Novruzov söyləyib.

Komitə sədri bildirib ki, bəzi yalançı həkim başı çıxmadığı halda insanlarda olan ağırlara başqa xəstəlik adları qoymaqla, daha çox pul qazanmaq istəyirlər:

“Təbii ki, bu cür saxta həkimlərə qarşı mübarizə aparmaq lazımdır. Belə adamlara hansısa lisenziyanın verilməsinin özü də cinayət hesab olunmalıdır. Çünki bu gün dəbdə olan gözəllik estetikası ilə bağlı kimsə yalandan gedib 6 aylıq bir kurs keçir, guya ixtisasını dəyişir. İxtisasını dəyişdikdən sonra “sertifikat” gətirir ki, “mən bu sahəni öyrənmişəm”. Beləliklə həmin o saxta həkim insan üzərində əməliyyatlar icra etməyə başlayır. Üz, çənə qarın və başqa nahiyələrdə həmin həkimlər ciddi əməliyyatlar icra edirlər. Hansı ki, bu tibbi əməliyyatlar risklidir. Heç bir ilkin tibbi analiz və araşdırma olmadan bu cür əməliyyatların sonu bir çox hallarda faciələrlə bitir”.

Siyavuş Novruzova görə, pul xatirinə hansısa həkimlərin insanların üzərində cərrahi əməliyyatlar aparmasına yol vermək olmaz: “Belə əməliyyatlardan sonra ölüm halları da qeydə alınır. Həmçinin doğuş prosesi zamanı da ana və uşaq ölümü ilə bağlı faktlar var. Regionlarımızda və paytaxtda belə ağrılı informasiyalar yayılır. Burada da hansısa həkimin səhlənkarlığı və yaxud təcrübəsizliyi, savadsızlığı məsələləri gündəmə gəlir. Ona görə də bu kimi məsələlərlə bağlı ciddi ölçü götürülməlidir. Kimlərinsə insan taleyi ilə oynamasına imkan vermək olmaz. Tibb elə bir sahədir ki, burada daimi olaraq yeniliklər, inkişaf gedir. Hansısa bir həkim köhnə bilgilərlə bu sahədə fəaliyyət göstərə bilməyəcək. Mütləq ki, bu sahəni seçmisənsə, yeniliklərə də açıq olmalısan”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müfiq Məmmədli bildirib ki, qanunvericiliyə görə, Azərbaycan ərazisində səhiyyə sistemində iki təhsil pilləsi mövcuddur: “Bu ümumi tibb və rezidentura təhsilidir. Azərbaycanın qoşulduğu beynəlxalq təhsil müqavilələrində artıq bu sistem nəzərdə tutulub. Ona görə də həkimlər Azərbaycan Tibb Universitetini bitirdikdə ümumi tibb təhsili alırlar. Sonra isə müvafiq ixtisaslar üzrə rezidentura təhsili keçirlər. Hər iki təhsili uğurla başa vurmuş şəxslər Azərbaycan ərazisində praktiki olaraq ixtisasına uyğun şəkildə fəaliyyətlə məşğul olur”.

Komitə üzvü vurğulayıb ki, xaricdə ümumi və rezidentura təhsili almış mütəxəssislər üçün qaydalar fərqlidir: “İlk olaraq Təhsildə Keyfiyyətin Təminatı Agentliyi onların ümumi tibb təhsilini tanıdıqdan sonra Səhiyyə Nazirliyinə müraciət edilir və araşdırmalar aparılır. Rezidentura təhsilində də şəxsin bilik və bacarıqları müəyyən edildikdən sonra ölkə ərazisində tibb fəaliyyətə buraxılmasına icazə verilir. Mexanizm məhz bundan ibarətdir. Amma haradasa, kurs keçmək və yaxud fəaliyyət göstərmək, həkimin fəaliyyətinə müsbət çalarlar versə belə, o rəsmi prosedur qaydalarına uyğun deyil. Bundan kənarda kimlər fəaliyyət göstərirsə, qanun pozulur. Artıq belə şəxslər haqqında müvafiq araşdırmalar aparılır. İnzibatı və yaxud cinayət xarakterli xəta varsa, müvafiq qərarlar qəbul edilir”.

Müşfiq Məmmədliyə görə, müəyyənləşmiş mexanizm özəl və dövlət səhiyyə sistemi üçün keçərlidir: “Dövlət sektorunda bu məsələlərə çox ciddi şəkildə nəzarət olunur. Səhiyyə nazirliyinin və TƏBİB-in tabeliyində olan müəssisələrdə ixtisasa uyğun şəkildə tibb personalının yerləşdirilməsi həyata keçirilir. Özəl sektorda isə vəziyyət heç də üzərkaçan deyil. Belə müəssisələrdə ixtisasında problemlər olan və yaxud uyğun olmayan şəxslər aşkarlanıb. Hüquq-mühafizə orqanları bu faktları aşkar etdikdə ciddi tədbirlər görürlər. Səhiyyə Nazirliyi də davamlı şəkildə monitorinqlər aparır. Bu monitorinqlər sözsüz ki, daha çox aparılmalıdır. Hər kəs qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri