Icma.az
close
up
RU
Həkimlərin “limit”i niyə tez bitir? Şikayətlər çoxalır

Həkimlərin “limit”i niyə tez bitir? Şikayətlər çoxalır

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda 2020-ci ildən etibarən vətəndaşlarımız İcbari Tibbi Sığorta Sistemindən faydalanır. Ancaq praktikada bu hər zaman asan olmur.

Lent.az-ın əməkdaşının məlumatına görə, şikayətçilər əsasən, müayinə və əməliyyatlarla bağlı çətinlik yaşayırlar.

Əsas şikayətlər isə budur:

Uzun növbələr Müayinə gecikməsi Əməliyyatların gecikməsi Həkimlərin "limit dolub" cavabı.

Məsələn həmin şikayətçilərdən biri dərdini belə anladır:

“Səhər-səhər gedirsən saat 7-dən növbəyə durursan, saat 9-a və ya 10-a güclə növbə çatır sənə. Qeydiyyata düşürsən, deyirlər həkimin limiti dolub. Səni qəbul edə bilməyəcək. Səni sabaha saxlayırlar, sabah gəlirsən eyni vəziyyət. Günlərlə bir baş ağrısı, diş ağrısı üçün növbədə dayanırıq. Elə adamlar var ki, əməliyyata düşmək istəyir günlərlə işi uzanır. Növbə çatanda da başqa tələblər qoyulur.”

Şikayətçi Vəfa Rəsulova bunları deyir:

“Xəstəxanada bəzilərinin vəziyyəti təcili olur. Amma həkim deyir ki, limitim dolub”.

Başqa bir şikayətçi Arzu Şahverdiyevanın dedikləri isə daha çox diqqət çəkəndir: “Analiz cavablarını düz verməyiblər. Oradan verilən cavablar ilə başqa yerdən verilənlər üst-üstə düşməyib.”

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, vətəndaşlar icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən həkim göstərişi əsasında istənilən sayda yararlana bilərlər. Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən limit yalnız fizioterapiya xidmətlərinə və orqan transplantasiyasına tətbiq edilir. Qərara əsasən sığortaolunana 1 il ərzində fizioterapiya xidməti üzrə 30 müraciət və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərti ilə limit tətbiq edilir.

Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutunda göstərilir. Planlı tibbi xidmətlər gözləmə müddəti ərzində həyata keçirilir.

Təcili və təxirəsalınmaz tibbi yardım zamanı gözləmə müddəti yoxdur, vətəndaşa tibbi yardım təcililiyə əsasən dərhal göstərilir” - deyə, bildirildi.  

Sakinlərin limitlə bağlı şikayətlərinə qurumdan belə aydınlıq gətirildi:

“Ümumilikdə ambulator şəraitdə pasiyentlərin qəbulu üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmur. Yəni həkimin iş saatı (6 saat) ərzində müraciət edən hər bir pasiyent qəbul edilməli və müayinə olunmalıdır.”  

“Limitin tətbiqi ilə bağlı şikayətlər, "limit" anlayışının yanlış anlaşılmasından qaynaqlana bilər. Burada əslində söhbət həkimlərin müayinə etdiyi xəstə sayına görə aldıqları bonus ödənişlərinin müəyyən həddindən gedir. Yəni, bu pasiyent qəbuluna qoyulan limit deyil.

Vətəndaş belə hallarla rastlaşdıqda bu barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidirlər. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-n 815 çağrı mərkəzinə zəng edə, [email protected] elektron poçt ünvanına müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər.

Bəs İcbari Tibii Sığorta ilə bağlı hansısa onlayn qeydiyyat sistemi varmı? Xəstəxanalarda vətəndaşların uzun-uzadı qəbul növbələrində gözləməsinin qarşısının alınması üçün hansı addımlar atılır sualları ilə TƏBİB-ə sorğu ünvanladıq. Aldığımız cavab isə belə oldu:

TƏBIB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirdi ki, hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur: “Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə bu prosesin qurulması üçün hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər.”

Ekspert Aydın Əliyev vətandaşların “müraciət limitləri ” məsələsi ilə bağlı bildirir ki, həkimlərin müayinə etdiyi xəstə sayına görə aldıqları bonus ödənişlərinin xəstələrə aidiyyəti yoxdur: “Xəstə istənilən vaxtı tibbi sığorta ilə bağlı icazəsi olan klinikalara müraciət edə bilər. Amma burda bir məsələ var ki, bunun xəstələrə aidiyyəti yoxdur. Bir aydan tez gələndə tibbi sığortadan həkimlərə maddi imkanlar verirlər. Bunun bir müsbət cəhəti var ki, sən xəstəni müalicə edirsən. O da bir aydan tez müraciət eləmir. Xəstənin istənilən vaxt icazəsi var.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri