Icma.az
close
up
RU
Tikinti icazələri çətinliklə verilir, şikayətlər çoxalır

Tikinti icazələri çətinliklə verilir, şikayətlər çoxalır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalmaqdadır.

Bunu KOBİA sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub: "Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması" aktının əldə olunmasını, həmçinin sahibkarlara məxsus torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı problemləri əhatə edib".

O.Məmmədov qeyd edib ki, icazə prosedurlarında dəyişikliklər sahibkarların fəaliyyətinə təsir baxımından əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platforma tam funksional şəkildə tətbiq olunmalıdır: "Eyni zamanda, KOB-ların vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllər, innovativ yanaşmalar və pilot layihələr dəstəklənməlidir".

Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də tikniti icazələrinin alınmasında problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda tikinti icazələrinin verilməsi üçün 18 prosedurun icrası orta hesabla 100-112 gün tələb olunurdu: "Hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə azaldılaraq 9 prosedur və 40 günə endirilib".

M.Musayev əlavə edib ki, 2025-ci ilin ilk yarısında bu müddət 98 günə qədər azaldılsa da, sahibkarlar prosedurların daha da sadələşdirilməsini və çevikliyin artırılmasını gözləyirlər: "Hazırda sahibkarlar tikinti və icazələrlə bağlı məsələləri müxtəlif dövlət qurumlarına yönləndirmək məcburiyyətində qalır ki, bu da prosesin uzanmasına və hüquqi qeyri-müəyyənliklərin yaranmasına səbəb olur".

Tikintiyə icazənin çətinliyinin səbəbləri açıqlanıb

Tikinti icazələrinə cavabdeh qurumlar isə icazə prosesindəki yubanmaları texniki və keçid dövrü səbəbləri ilə izah edirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, «Elektron tikinti» portalının müxtəlif dövlət qurumları ilə inteqrasiyası vaxt aparsa da, artıq sistem formalaşdırılıb və stabil işləyir: "Əvvəllər inteqrasiya olunmuş dövlət qurumlarının texniki imkanları və prosedur uyğunluqları səbəbindən müəyyən yubanmalar olunurdu. Lakin bu proses artıq yoluna düşüb. Əlavə olaraq, açıq rejimdə sənədlərdə çatışmazlıq aşkarlanarsa, həmin gün sifarişçiyə yönləndirilir və sənədin yenidən yüklənməsi təmin edilir".(fed.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri