Çingiz Abdullayevdən Polad Bülbloğluna dəstək FOTO
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması ilə bağlı yayılan məlumatlar hələ də müzakirə olunur.
Modern.az xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayev Bülbüloğluna dəstək barədə "Facebook" hesabında paylaşım edib.
"Jurnalistlərimizi maraqlandıran yeganə məsələ Poladın şəxsi həyatıdır. Artıq buna son qoymağın vaxtı deyilmi? Bu, onun şəxsi işidir. Tamamilə mədəniyyətsizlik hökm sürür və bu, sadəcə heyrətamizdir", -deyə qeyd olunub.
Xatırladaq ki, mediada Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və Eteri Leonidovna adlı şəxslə ailə qurduğu barədə məlumatlar yayılıb. Polad Bülbüloğlu yayılan iddiaları təkzib edərək onların həqiqətdən uzaq olduğunu bildirib və Azərbaycana qayıtdıqdan sonra bu xəbərləri yayan media qurumlarına qarşı hüquqi addımlar atacağını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 27 Avqust 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















