Çingiz Abdullayevdən yuxulayan alimlər haqda: Ayıbdır!
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iclasında yuxulayan alimlərin fotolarının yayılmasına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“Bizim cəmiyyətimiz indiyədək yaşlı insanları ələ salmayıb. Biz nə edirik? Yoxsa bizim elmimiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız olmadığını bütün dünyaya sübut etmək məqsədimiz var? İnanmıram ki, insanlar nə etdiklərini başa düşürlər.
Məqsəd Akademiyanı gözdən salmaq, onu məzhəkəyə çevirməkdir? Bu, yaşlı insanlara yox — onların üzərinə gülənlərə ayıbdır. Çünki onların çoxu doğrudan da elmə öz töhfəsini verib.
Nuh peyğəmbər və atasına istehza edən oğlu Ham haqqında rəvayəti xatırlayın. Təəssüf ki, çoxları bunu başa düşmür”, – deyə yazıçı bildirib.
Günel Cəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 27 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















