Icma.az
close
up
RU
Hələ zavod çörəyi bahalaşmayıb, amma... Ekspert

Hələ zavod çörəyi bahalaşmayıb, amma... Ekspert

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"Hələ zavod çörəyi bahalaşmayıb, bir müddət sonra o da bahalaşacaq. Bu yaxınlarda hökumət dizel yanacağının qiymətini 10% artırdı, bezin də bahalaşdı, əhalinin istifadə etdiyi qazın, elektrik enerjisinin əlavə sabit xərcini yaratdı. Elə o vaxt dedik ki, dizel yanacağının qiyməti artırsa, bu, o deməkdir ki, daşınmanın, nəqliyyatın xərci artır. Nəticədə, un istehsalçılarının daşıdıqları buğdanın, unun xərci çoxaldı. Un çörək bişirilən müəssisələrə daşınır, həmin müəssisələrin də xərci artır. Çörək bişir, ticarət obyektlərinə daşınır, bunun da xərci artır. Ümumilikdə, istehsal müəssisələrində çalışanların xərcləri çoxalır, beləliklə, artan xərci kompensasiya etmələrinə ehtiyac yaranır. Bunu hansı yolla kompensasiya etsinlər? İstehsal etdikləri məhsulun qiymətini artırmaq hesabına. Bu, təbiidir. Başqa yolları qalmır, çünki o müəssisələrdə çalışanların heç birinin əlavə qazanc yeri yoxdur ki, xərclərini ödəsinlər. Təəssüf ki, hökumət bunu başa düşmür. Hökumətdə çalışanların əksəriyyətinin əlavə gəlir mənbəyi var. Bəziləri rüşvət alır, bəziləri korrupsiya ilə məşğuldur, paket alırlar... Başa düşməzlər ki, istehsalatda çalışan fəhlələrin yalnız bir yerdən gəliri gəlir. Xərc artanda isə onların əməkhaqları artırılmalıdır. Bu, müəssisənin hesabına həyata keçirilir deyə müəssisə istehsal etdiyi məhsulun qiymətini artırır".

Bu sözləri Pravda.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda istehsal get-gedə azalır, məhsuldarlıq aşağı düşür: "Bu, əldə olunan məhsulun daha yüksək qiymətə əmələ gəlməsi deməkdir. Digər tərəfdən, kənd təsərrüfatında istifadə edilən dizel yanacağının qiyməti artdı. Bizim kəndlilər də istehsal zamanı öz avtomobillərində benzindən istifadə edirlər, onun da qiyməti artdı. Beləliklə, istehsalla məşğul olan kəndlilərin də xərcləri artacaq. Kənd təsərrüfatı məhsulları anbarlara, bazarlara, anbarlardan yenə ticarət obyektlərinə daşınır. Bu da xərci artırır. Deməli, kənd təsərrüfatında istehsal edilən bütün mal-məhsulun qiymətində təbii olaraq bahalaşma baş verəcək. Bəziləri artıq bahalaşıb, bəziləri isə hələ bundan sonra bahalaşacaq. Ola bilsin, hələ indi anbarlarda qalan məhsullar daşınır. Bundan sonra isə əldə olunan məhsulun maya dəyəri artdığı üçün mərhələ-mərhələ bütün kənd təsərrüfatı məhsullarının qiymətlərində əvvəlki ilə nisbətən bahalaşma görəcəyik".

V.Məhərrəmli bildirib ki, sənaye mallarının da daşınması baha başa gəlir: "Yəqin ki, bundan sonra daha da baha başa gələcək. Sənaye mallarının qiymətində artım olduğunu müşahidə edirik. Hökumət bilməli idi ki, dizel yanacağının qiyməti artırsa, bu, bütün malın-məhsulun qiymətinə təsir edəcək. Hər dəfə irad tuturlar ki, Ermənistanı niyə nümunə gətirirsiniz? Mən də Qazaxıstanla müqayisə edirəm. Buna, ümumiyyətlə, əsəbləşirlər, axı orada göstəricilər daha yüksəkdir. Qonşu İranla müqayisə etsək, İranda artıq on ildən çoxdur, kəndliyə təklif olunan dizel yanacağının qiyməti Azərbaycan pulu ilə 2 qəpikdir. Dizelin 1 litri kəndliyə 2 qəpiyə satılır. Təsəvvür edirsiniz? Azərbaycanda isə kəndli bundan əlli beş dəfə baha qiymətə dizel yanacağı alır. Son beş ildə dizel yanacağının qiymətini etap-etap üç dəfə artırıblar. 2021, 2023-cü ildə, bir də 2026-cı ildə dizeli bahalaşdırdılar. Bir dəfə 33%, sonra, təxminən, 20%, bəlkə də, bir az da çox, indi isə 10% artırdılar. Qiymət artımı istehsal xərcini artırdığı üçün kəndliləri və istehsalla məşğul olan sahibkarları çətin duruma salır. Maya dəyəri artır və onlar qiyməti artırmaqda bir o qədər maraqlı deyillər. Çünki çalışırlar ki, bahalı məhsulu tez satsınlar. Kənd təsərrüfatı məhsulu tez xarab olan məhsuldur. Hökumət nəzərə almalıdır ki, heç olmasa, kənd təsərrüfatı üçün müəyyən mərhələyə qədər - İranda olduğu kimi on-on beş il sabit, stabil qiymət müəyyən etsin. Türkmənistanda da ucuzdur. Çünki neft istehsal edən ölkələrdə benzin və dizel yanacağı çox ucuzdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Fevral 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see282

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see275

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see271

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see262

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see259

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see259

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see255

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see251

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see248

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see248

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see237

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see235

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see227

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see208

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see206

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see195

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see193

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see187

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see181

Mehriban Əliyevanın təşəbbüsü yüzlərlə qadın həkimə stimul oldu Cərrah Səkinə Xudıyeva

04 Sentyabr 2026 16:47see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri