Icma.az
close
up
RU
Helsinkidə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib

Helsinkidə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Finlandiyanın paytaxtı Helsinkinin mərkəzində yerləşən Espan Lava səhnəsində Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə “Voices of the Land of Fire” adlı mədəniyyət tədbiri keçirilib.

Qeyd edək ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin rəhbəri və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə yüzlərlə izləyici – fin ictimaiyyəti, turistlər, eləcə də Norveç, Latviya və Finlandiyanın müxtəlif şəhərlərindən gəlmiş qonaqlar iştirak etdilər.

Tədbirdə Türkiyənin Finlandiyadakı səfirliyinin əməkdaşları da iştirak edirdilər. Qonaqlar arasında Türkiyənin Finlandiyadakı səfiri Dəniz Çakar və Türk Hava Yollarının Finlandiya üzrə rəhbəri Utku Yazan da yer alıb.

Təşkilatçı Ülviyyə Cabbarova iştirakçıları salamlayaraq Azərbaycan Konstitusiyası və ölkənin suverenlik tarixi haqqında danışıb, “Azərbaycan Evi”nin fəaliyyəti barədə məlumat verib.

Tədbirin bədii hissəsi Azərbaycanın milli-mədəni ənənələrini əks etdirən xoreoqrafik kompozisiya ilə açılıb. Finlandiyada yaşayan Sevil Rannel səhnədə milli üslubda rəqs ifası ilə izləyicilərin xüsusi marağına səbəb oldu.

Musiqi proqramında istedadlı vokal ifaçısı Orxan Cəlilovun ifasında Azərbaycan klassik və müasir musiqi parçaları səsləndirilib.

Tədbirin digər yaddaqalan çıxışlarından biri isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, peşəkar pianoçu Aydan Vəzirovanın fortepianoda Azərbaycan musiqi parçalarını ifa etməsi oldu.

“Voices of the Land of Fire” tədbiri Azərbaycanla Avropa xalqları arasında mədəniyyət və dostluq körpülərinin qurulmasına, ölkəmizin zəngin mədəniyyətinin daha geniş coğrafiyada tanıdılmasına xidmət edən mühüm platformaya çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri