Icma.az
close
up
RU
Həm evakuatorun xərci ödəniləcək, həm də cərimə Ekspert yeni qanunu ŞƏRH ETDİ

Həm evakuatorun xərci ödəniləcək, həm də cərimə Ekspert yeni qanunu ŞƏRH ETDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.

Məsələnin mahiyyətini Redaktor.az-a açıqlayan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, burada əsas məqam ondan ibarətdir ki, avtomobil cərimə meydançasına aparılsa, onun aparılma xərci orada dərhal ödənilməlidir.

"Sonra sürücü barəsində protokol tərtib olunur və həmin protokolu da adi qaydada digər cərimələr kimi ödəməlidir. Yəni, 10 gün ərzində şikayət etməsə, qərar qüvvəyə minir; 10 gün ərzində ödəsə, növbəti 10 gün ərzində ödədiyi halda 10% güzəşt tətbiq olunur. Sonra bir ay ərzində həmin məbləğ ödənilməlidir, bir aydan keçsə, hər gün dəbbə pulu hesablanacaq, yəni üzərinə faiz gələcək. Burada göstərildiyi kimi, avtomobillər cərimə meydançasına aparıldıqda aparılma xərci də nəzərdə tutulur, yəni evakuatorun xərcindən söhbət gedir. Bu da o deməkdir ki, evakuasiya prosesi olacaq. Əslində, olmalıdır da. Çünki elə ərazilər var ki, maşını gətirib, səkidə saxlayıb bütün piyadaların yolunu kəsir və ya ikinci cərgədə saxlayıb problem yaradır. Deyək ki, zebranın üstündə saxlayıb piyadaların hərəkətinə mane olur; yolayrıcına 5 metr qalmış saxlayıb, dönənlər risk yaşayır, təhlükə qarşısında qalır. Belə olan halda, həmin maşınlar evakuasiya olunmalıdır. Evakuasiya olunarsa, evakuatorun xərcini orada dərhal ödəməlidir, sonradan maşın həmin şəxsə qaytarılır və cəriməni də gedib ayrıca ödəyəcək. Prosesin mahiyyətində evakuatorların işə düşmə siqnalı var və yəqin ki, bu baş verəcək. Əslində, bu gün də qanunda bu mövzu gündəmdədir, sadəcə evakuatorlar hələ ki, bu missiyanı yerinə yetirmir. Amma artıq qanuna dəyişiklik baş verirsə, bu, yəqin ki, tətbiq olunacaq", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri