Icma.az
close
up
RU
Qlobal inflyasiya həm risk, həm də imkan yaradır İQTİSADÇI EKSPERT AÇIQLADI

Qlobal inflyasiya həm risk, həm də imkan yaradır İQTİSADÇI EKSPERT AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qlobal inflyasiya dalğası son illərdə dünya iqtisadiyyatının əsas çağırışlarından birinə çevrilib. Bu proses təkcə inkişaf etmiş ölkələri deyil, həm də enerji resurslarının ixracına əsaslanan iqtisadiyyatları, o cümlədən Azərbaycanı birbaşa şəkildə təsirləndirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, yüksək inflyasiya mühitində enerji qiymətləri adətən yüksəlir və bu, enerji ixracatçısı olan Azərbaycan üçün qısamüddətli dövrdə əlavə gəlir mənbəyi formalaşdırır. Neft və qazın qiymətinin artması dövlət büdcəsinə daha çox valyuta axını yaradır, büdcə profisitini təmin edir və sosial proqramların maliyyələşdirilməsini asanlaşdırır: "Lakin bu vəziyyətin digər tərəfi də var. Qlobal inflyasiya dalğası idxal olunan məhsulların qiymətinin artmasına, yəni daxili bazarda qiymət təzyiqlərinin yüksəlməsinə gətirib çıxarır. Azərbaycan iqtisadiyyatının strukturunda hələ də müəyyən dərəcədə idxaldan asılılıq mövcud olduğundan, xüsusilə ərzaq və istehlak mallarında qiymət artımı əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Belə şəraitdə hökumət iki istiqamətdə balanslı siyasət yürütməlidir: bir tərəfdən enerji ixracından əldə edilən gəlirləri inflyasiyanın sosial təsirlərini yumşaltmağa yönəltmək, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafını sürətləndirməklə iqtisadiyyatın idxaldan asılılığını azaltmaq. Uzunmüddətli perspektivdə inflyasiya dalğalarına qarşı dayanıqlı iqtisadi modelin qurulması üçün əsas açar diversifikasiyadır. Azərbaycan yalnız enerji gəlirləri hesabına deyil, innovasiya, kənd təsərrüfatı, turizm və sənaye kimi sahələrdə də sabit artım təmin etməlidir. Bu, həm qlobal qiymət dəyişikliklərindən asılılığı azaldar, həm də sosial sabitliyi qoruyar. Qlobal inflyasiya Azərbaycan üçün eyni zamanda həm fürsət, həm də sınaq yaradır. Enerji ixracından əldə olunan gəlirlər düzgün idarə olunduğu təqdirdə, bu çağırış iqtisadi sabitliyin möhkəmlənməsi üçün mühüm impuls rolunu oynaya bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri