Icma.az
close
up
RU
Kürün daşması: Həm ziyanı, həm də faydası var Ekspert

Kürün daşması: Həm ziyanı, həm də faydası var Ekspert

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Kür çayında suyun səviyyəsinin artmasının ziyanları ilə yanaşı, xeyri də var".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında sabiq deputat Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, Kür çayının daşması nəticəsində torpaqlar yuyulur və bu prosesin həm mənfi, həm də müsbət tərəfləri mövcuddur:

"Torpaqlar uzun müddət suda qaldıqda əkin sahələri, ağaclar quruyur və digər problemlər yaranır. Sel suları kimi, Kür çayının səviyyəsinin artması da təbii fəlakət hesab olunur. Heç kim inkar edə bilməz ki, bunun ciddi fəsadları var. Təxminən hər 20-30 ildən bir Kür çayı aşıb-daşır, evlərə və torpaqlara ziyan vurur. Ona görə də buna qarşı qabaqlayıcı tədbirlər görülməlidir".


Əli  Əlirzayev bunu təbiətin öz qanunları ilə əlaqələndirib:

"Yalnız vaxtında görülən tədbirlər nəticəsində insanlar bu vəziyyətdən minimal itkilərlə çıxa bilərlər. Kür "dəli çay”dır, ona adi yanaşmaq olmaz. Səviyyə artdıqda bu, qaçılmaz olaraq müəyyən fəlakətlərə səbəb olur. Ona görə bəndlər çəkilməli, mövcud bəndlər isə möhkəmləndirilməlidir".

Sabiq deputat qeyd edib ki, hazırda ölkədə əkin-biçin mövsümünün ən qızğın dövrüdür və bəzi ərazilərin su altında qalması əlavə çətinliklər yaradır:

"Bəzi sahələri su basıb və bunun qarşısı kanallar vasitəsilə alınmalıdır. Bu istiqamətdə vəsait ayrılır, investisiyalar qoyulur. Amma etiraf etməliyik ki, Kür çayının səviyyəsinin artması məhsuldarlığın yüksəlməsinə də səbəb ola bilər. Fermerlər əvvəllər suvarma üçün əlavə xərclər çəkirdilərsə, indi buna ehtiyac azalacaq. Yəni biri var suyu əlavə xərc hesabına əldə edəsən, biri də var təbiətin özü bunu təmin etsin"

Əli Əlirzayev hesab edir ki, bu vəziyyət kənd təsərrüfatı üçün müəyyən fürsətlər də yaradır:

"Məhsuldarlıq artdıqca bazarda qiymətlər aşağı düşəcək və ucuzlaşma müşahidə olunacaq. Bu isə istehlakçılar üçün müsbət haldır".

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri