Icma.az
close
up
RU
Həm yaxşı, həm də çətin günlərdə...

Həm yaxşı, həm də çətin günlərdə...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və İran xoş günlərin sevincini bölüşən, çətinliklər zamanı həmişə bir-birinə köməyə gələn, dəstək göstərən qonşu ölkələrdirlər. Hər iki ölkədə cəmiyyətlər  və dövlətlər səviyyəsində qarşılıqlı rəğbət yüksək səviyyədədir. Fevralın 28-dən başlayan müharibə ilə əlaqədar dost ölkədə yaranan çətinliklərin respublikamızda böyük həssaslıqla izlənilməsi bunun əyani təsdiqidir. Müharibə başlayandan bəri prezidentlər İlham Əliyev və Məsud Pezeşkian bir neçə dəfə telefon vasitəsi ilə təmaslar quraraq müxtəlif məsələlərlə əlaqədar fikir mübadiləsi aparıblar. Son olaraq Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Bu barədə Prezidentin “X” sosial media hesabında paylaşım edilib. Paylaşımda deyilir: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.

Bir sıra təbii amillərlə şərtlənən dostluq münasibətləri

Müstəqil Azərbaycanın xarici siyasət kursunda qonşularla xoş mərama əsaslanan münasibətlərin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə əsaslandırıb ki, heç bir ölkə qonşu dövlətlərlə yüksək səviyyədə əməkdaşlıq qurmadan uğurlu inkişafını təmin  edə bilməz. Öz növbəsində respublikamız regional əməkdaşlığın dərinləşməsinə davamlı töhfələr verir. Ölkəmizin İkinci Qarabağ müharibəsinin nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar regionda təhdidlərin aradan qaldırlmasına və sabitlik, təhlükəsizlik şəraitində əməkdaşlığın genişləndirilmməsinə münbit zəmin yaradıb.

Azərbaycanla İranın dostluq münasibətlərinə gəldikdə isə  bunu ilk növbədə bir sıra təbii amillər şərtləndirir. Hər şeydən əvvəl Azərbaycanla İranın coğrafi bağlılığı var. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaldır, təhlükəzisliyi təmin edir.

Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar verir.

İran həm də o dövlətdir ki, dünya üzrə müstəqil Azərbaycanın hüdudlarından kənarda ən çox azərbaycanlı məhz burada yaşayır. Onlar ta qədimdən İran tarixinin formalaşmasında, bu dövlətin  inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.

Uğurla reallaşdırılan birgə layihələr

İndiyədək Azərbaycanla İranın birlikdə reallaşdırdıqları layihələr iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsini əyani şəkildə təsdiqləyir. Xüsusilə də nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa yaxşı nümunədir. Hər iki ölkə Şimal-Cənub Dəhlizində öz səylərini birləşdirməklə onun funksionallığının artırılmasına böyük səy göstərir.

Ağbənd istiqamətində yeni avtomobil körpüsünün inşası əlaqələrin genişlənməsinə güclü impuls verəcək. Körpünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra onun istismara verilməsi nəzərdə tutulur.

Hazırda Araz çayının cənub sahili boyunca yeni nəqliyyat infrastrukturunun yaradılması layihəsinin icrası intensiv şəkildə davam etdirilir. Layihəyə uyğun olaraq Azərbaycanın əsas hissəsini İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək. Bəhs olunan marşrut üzrə, həmçinin İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək. Bununla bağlı müvafiq sənədlər imzalanıb.

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

Döst ölkənin üzləşdiyi çətinliklərə Azərbaycanın həssas yanaşması

İki dost və qardaş xalqın həm yaxşı, həm də çətin günlərdə daim bir-birinin yanında olmasını İranın fevralın 28-dən başlayan mühaaribə ilə əlaqədar üzləşdiyi çətinliklərə Azərbaycanın həssas yanaşma sərgiləməsi bir daha təsdiqləyir. Məlumdur ki, fevralın 28-dən başlayan İran - ABŞ -İsrail müharibəsi bu ölkədə mülki infrastruktura ciddi ziyan vurur, təchizatı çətinləşdirir. Belə vəziyyətdə Azərbaycan özünün humanizm və qonşuluq siyasətinə sadiqliyini nümayiş etdirir. Xatırladaq ki, Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib. Eyni zamanda, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq respublikamızdan qonşu ölkəyə humanitar yardımlar göndərilir. Respublikamızdan İrana ilk dəfə humanitar yardım martın 10-da yola salınnıb. Göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.

Bundan sonra Azərbaycandan Novruz bayramı ərəfəsində qonşu ölkəyə 5 yük avtomobili (TIR) vasitəsilə növbəti humanitar yardım yola salınıb. Bu  humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxil idi.  Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım aprelin 4-də yola salınıb. Yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

İran İslam Respublikasına göndərilən, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir. Humanitar yardım 10 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.

Eyni zamanda, Azərbaycan bir neçə dəfə Rusiyadan gələn humanitar yardımın İrana göndərilməsinə imkan yaradıb. Dövlətimizin başçısının bildirdiyi kimi, qonşu və dost ölkəyə respublikamızdan humanitar yardımlar göndərilməsi bundan sonra da davam etdiriləcək.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see231

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see171

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri