HƏMAS: İsrail əsl üzünü göstərir
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
HƏMAS bildirib ki, İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində həyata keçirdiyi və 15 səhiyyə və mülki müdafiə işçisinin ölümünə səbəb olan hücumla əsl üzünü göstərib.
Turkustan.az xəbər verir ki, İsrail əsgərlərinin 15 səhiyyə və mülki müdafiə işçisini dəfn etdiyi kütləvi məzarlıqda cansız cəsədi tapılan bir tibb işçisinin cib telefonundan çəkilmiş 6 dəqiqə 42 saniyəlik videodan sonra Həmas açıqlama verib.
"Bu sarsıdıcı görüntülər sadəcə faciəli bir səhnə deyil; İsrailin vəhşiliyinin, beynəlxalq hüququ kobud şəkildə pozmasının və hədəf aldığı şəxsləri kütləvi məzarlıqlarda dəfn etməklə həqiqəti gizlətmək səylərinin yekun sənədidir. Onlar İsrailin faşist və cinayətkar mahiyyətini əks etdirir və insanlığa qarşı cinayətlər rekorduna daha bir səhifə əlavə edir"-deyə, bəyanatda deyilir.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:89
Bu xəbər 05 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















