Icma.az
close
up
RU
Rusiya sərt üzünü kimə göstərir?

Rusiya sərt üzünü kimə göstərir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Sankt-Peterburq administrasiyası miqrantlara qarşı daha bir məhdudlaşdırıcı qərar qəbul edib. Şəhərin qubernatoru Aleksandr Beqlov miqrantlara şəhərdə taksi sürməyi və icarəyə götürülmüş minik avtomobillərində işləməyi qadağan edib. Beqlov qərarı iyulun 28-də imzalayıb, o, 2025-ci ilin sonuna qədər qüvvədədir. Bu barədə "Fontanka" nəşri qubernatorun mətbuat xidmətinə istinadən yazıb. 

Sənəd imzalandıqdan 10 gün sonra qüvvəyə minəcək. İşəgötürənlərə miqrant sürücülərlə bağlanmış müqavilələri ləğv etmək üçün üç ay vaxt verilir. Hakimiyyət bu tədbirlə "xidmətlərin keyfiyyətini və təhlükəsizliyini" artırmağı planlaşdırır. 

Ekspertlər bu qərarı miqrantların mənşə ölkələrinə dolayısı ilə təzyiq vasitəsi kimi də dəyərləndirirlər. Bu qadağa həqiqətən xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır, yoxsa Rusiya hakimiyyətinin miqrasiya siyasətini daha da sərtləşdiyini göstərir? 

“Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiyada miqrantlara qarşı tətbiq edilən yeni məhdudiyyətlər, o cümlədən Sankt-Peterburqda taksi fəaliyyəti ilə bağlı qoyulan qadağa gözlənilən idi. Onun sözlərinə görə, bu qərar Sankt-Peterburqda əmək bazarında ciddi problem yaradacaq: 

"Rusiyanın bəzi bölgələrində belə absurd qərarların qəbul edilməsi əslində gözlənilən idi. Miqrantlara qarşı qaydalar Rusiyada həddindən artıq sərtləşdirilib. Ona görə də təəccüblü deyil. Amma problem ondadır ki, miqrantların görə biləcəyi işi yerli vətəndaşlar görə biləcəkmi? Məsələ də məhz bundadır. 

Yəni Rusiyada yaşayan yerli vətəndaşlar bu istiqamətdə hansısa addım atacaqlarmı? Səhər saat 5-də durub işə gedəcəklərmi? Məncə, yox, bu real deyil. Bu qərar yalnız azərbaycanlılara aid deyil. Əslində azərbaycanlılar taksi xidmətində daha az təmsil olunurlar, əsasən Orta Asiya respublikalarından gələnlər bu sahədə çalışırlar. Amma istər-istəməz bu addım Sankt-Peterburqda əmək bazarında ciddi problem yaradacaq”.
Natiq Cəfərli Sankt-Peterburqda miqrantlara taksi fəaliyyəti qadağasının uzunmüddətli olmayacağını düşünür: 

“Açığı, bu qərarın sonradan ləğv edilməsi də gözlənilir. Düşünürəm ki, bu qadağanın sonradan ləğvi də mümkündür. Çünki bu, geniş narazılığa səbəb olacaq. Bu qədər işçini haradan tapacaqlar? Bu, birinci problemdir. İkincisi isə belə qərarların özü absurddur. Çünki miqrantların iş icazəsi varsa, onlar niyə taksi fəaliyyəti növü ilə məşğul ola bilməzlər? Bax, bu, artıq Rusiyadakı şovinizmin və miqrantlara qarşı qeyri-adekvat münasibətin nəticəsidir". 

Əfsanə Rəcəb
"Cebheinfo.az" 

Açar sözlər: Rusiya miqrant Natiq Cəfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri