Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Putin Ərdoğana əsl üzünü göstərir...

Putin Ərdoğana əsl üzünü göstərir...

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Əsəd getdi, Suriyada mövqe savaşı qızışır

Bəşər Əsəd yenə problem olaraq qalır. Bir müddət əvvəl hakimiyyətini qoyub Moskvaya qaçan keçmiş diktator, indi də Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında böyük problemə, həttda Qərbin uzun müddətdir ki, can atıb amma nail olmadığı gərginliyə səbəb olmaqdadır. Canını qurtarmaq üçün tonlarla qızılı, milyard dollarlarla sərvəti V.Putinə verib Kremlə sığınan B.Əsədin süqutu, ilk növbədə Moskva ilə Ankara arasındakı həqiqi vəziyyəti də gün üzünə çıxardı. Məlum olur ki, V.Putin B.Əsədin devrilməsində əsas fiqurlardan sayılan Türkiyəyə qarşı indi daha çox qəzəblidir. 12-13 ildir B.Əsədlə düşmən vəziyyətdə olan Türkiyə hakimiyyəti Suriyadakı son proseslərdə aktiv rol oynayıb və indi də aparıcı mövqedədir. Türkiyə XİN rəhbəri Hakan Fidan Dəməşqə səfər edib, Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüş keçirib. Ardınca Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın da çox tezliklə Suriyaya gedəcəyi gözlənilir. Özü də dünya güclərinin ac canavar kimi Suriya sərvətlərinə qonduqları bir vaxtda...
Gələk Rusiya liderinin Türkiyəyə münasibətinə. V.Putin ənənəvi illik mətbuat konfransında hər şey barədə danışıb, amma ən çox diqqət çəkən məqam Kreml sahibinin Türkiyə barəsindəki fikirləri olub. Daha doğrusu V.Putinin B.Əsədin süqutundan sonra dilomatik nəzakət qaydalarını bir kənara atıb əsl mövqeyini ortaya qoyması adlandıraq bunu. “Əlbəttdə deyə bilərsiniz ki, bunun özü də hələ açıq heç nəyi ifadə etmir. Amma tam açıq heç nəyi ifadə etməsə də, V.Putinin Türkiyə barədəki fikirləri Kremlin rəsmi Ankaraya olan sərt üzünü görməyə kifayət edir.
Son mətbuat konfransında bir sıra mətləblərə aydınlıq gəldi. Aydın oldu ki, keçmiş KQB generalı B.Əsədin süqutunda başlıca rol oynayan, silahlı müxalifətin əsas koordinatoru kimi göstərilən Türkiyəyə qarşı deyildiyi kimi, elə də dost münasibəti göstərmir. Əksinə, müvəqqəti və məcburi vəziyyət üzündən birgə tərəfdaşlıq işində yolun sonu görünür sanki. Əlbəttdə, şəxsi olaraq V.Putin R.T.Ərdoğan üçün sınanmış dost belə ola bilər, amma ortada Rusiyanın dövlət siyasəti və dövlət maraqları varsa, o zaman şəxslərin özəl münasibəti ortada rol oynamır. Öncə V.Putinin mətbuat konfransında səsləndirdiyi fikirlərə nəzər salaq. V.Putin Suriyadakı son proseslərdən qazanan əsas ölkənin Türkiyə deyil, məhz İsrail olduğunu söyləyib. V.Putin sözlərinə onu da əlavə edib ki, İsrail ordusunun Suriya ərazisində ələ keçirdiyi ərazilərdəki insanlar guya İsrailə birləşmək barədə müraciətlər ediblər. Putin sanki bununla İsrailə haqq qazandırmış oldu. Rusiya lideri həmin mətbuat konfransında “İsrail çətin ki, həmin əraziləri tərk etsin” cümləsini də işlədib.
V.Putinin mətbuat konfransı zamanı cavablandırdığı suallardan biri PKK terror təşkilatı ilə bağlı idi. Rusiya lideri PKK barədə danışarkən, əvvəla, “terrorçu” ifadəsi işlətməyib, əksinə, “kürdlər döyüşkən millətdir” sözlərindən istifadə edib. Digər tərəfdən, Putin Türkiyənin Suriya ərazisində təhlükəsizlik maraqlarının olduğunu birdirməklə yanaşı, kürdlərin özlərinin dövlət istəyini də xatırladıb. SİTAT: “Birinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq 30 milyonluq kürdlərin dövləti olmalıydı”. Putinin bu sözləri Yaxın Şərqdə hər şeyn yenidən qurulmaq üzrə olduğu bir vaxtda səsləndirməsi, artıq Kremlin hər kəslə “açıq danışmaq” istəyi ilə bağlıdır. “Kürd kartını” yenidən səsləndirməklə V.Putin Moskvanın Yaxın Şəqrdən əl çəkmədiyini, B.Əsədi itirməklə barışsa da, mövqe savaşından geri çəkilməyəcəyini açıqca ortaya qoydu. Əlbəttdə, az-çox siyasətlə məşğul olan hər kəs anlayır ki, böyük güclərdən biri olan Rusiya heç zaman bu bölgədən əl çəkəsi deyil. İstəyinə nail olmaq üçün istənilən vasitədən də imtina etmir- kürd məsələsində olduğu kimi.
Əslində keçmiş KQB generalının mətbuat konfransında rəsmi Ankaraya qarşı səsləndirdiyi fikirlər Moskvanın istənilən zaman Türkiyəyə qarşı “kürd kartından” yararlana biləcəyinin siqnalıdır. Əlbəttdə V.Putinin bu mövqeyini Türkiyədə əla bilirlər və Moskvaya qarşı cavab addımları hər zaman masanın üstündədir.
Neçə illərdir ki, Qərbə qarşı birgə mövqe sərgiləyən Ankara və Moskva, nə vaxtsa bu prosesin başa çatacağını, yenə də əsrlər boyu davam edən rəqabətin işə düşəcəyini əla bilirdilər. Rusiya və Türkiyə arasındakı mövqe çatını göstərən əsas məsələ Ukrayna ilə bağlıdır. Rəsmi Ankara hələ də israrla Krımı Rusiyanın deyil, məhz Ukraynanın ərazisi hesab edir və rəsmi Kiyevin ərazi bütövlüyünü dəstəklədiyini zaman-zaman ucadan bəyan edir. Məncə Suriyadakı yeni situasiya Rusiya və Türkiyə arasındakı münasibətlər üçün də yeni dönəm demək olacaq. Siyasətdə əbədi düşmənlər olmadığı kimi, əbədi dostlar da yoxdur.

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri