Icma.az
close
up
RU
HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Artıq İsrail-HƏMAS müharibəsinin başlamasından iki il keçir. 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumu, girovların götürülməsi və ardınca genişmiqyaslı hərbi əməliyyatların başlaması ilə regionda yeni bir gərginlik mərhələsinə qədəm qoyuldu. Bu iki il ərzində baş verən hadisələr olduqca faciəvidir. Məlumatlara görə, 100 mindən artıq fələstinli həlak olub. Onların arasında çox sayda qadın, uşaq və yaşlı insanlar var. HƏMAS-ın liderlərinin böyük əksəriyyəti İsrail tərəfindən zərərsizləşdirilib. Bununla yanaşı, İsrail ordusu bu müharibədən istifadə edərək təkcə HƏMAS-la deyil, həmçinin Hizbullahın və husilərin liderlərinə qarşı da hərbi əməliyyatlar həyata keçirib. İsrailin bu prosesdə ən böyük dəstəkçisi isə ABŞ olub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov HƏMAS-ın ABŞ-nin sülh təklifini qəbul etmə ehtimalından danışarkən bildirdi.

O, qeyd etdi ki, hazırda ABŞ-nin Prezidenti Donald Tramp tərəfindən irəli sürülən 20 maddəlik sülh planı gündəmdədir:

"HƏMAS tərəfinə bu plana münasibət bildirmək üçün bir neçə gün vaxt verilib. Hərçənd bəzi mənbələr HƏMAS-ın bu təklifləri qəbul etməyəcəyini bildirirlər, hesab edirəm ki, real vəziyyət bunu diktə edir: HƏMAS artıq həm hərbi güc baxımından, həm də sosial dəstək baxımından ciddi itkilərə məruz qalıb. Təşkilatın sıraları seyrəlib və Fələstin xalqı artıq bu əzab-əziyyətin son tapmasını, müharibənin bitməsini istəyir. Bu baxımdan, HƏMAS-ın sülh təklifini qəbul etməkdən başqa çıxış yolu qalmayıb. Gözlənilir ki, yaxın günlərdə məsləhətləşmələr və müzakirələr aparılacaq və nəticə etibarilə HƏMAS bu plana razılıq verəcək. Sülhün bərqərar olunması üçün müsəlman ölkələri də fəal şəkildə prosesə cəlb olunub və Fələstinə dəstək nümayiş etdirirlər. Eyni zamanda beynəlxalq ictimaiyyət, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı müharibənin dayandırılması üçün çağırışlar edir. Son BMT sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin həyata keçirdiyi hərbi əməliyyatları, xüsusilə də mülki əhaliyə qarşı yönəlmiş hücumları kəskin şəkildə pislədi və müharibənin dərhal dayandırılmasını tələb etdi. Trampla keçirdiyi görüşdə də Ərdoğan bu mövzunu əsas məsələ kimi gündəmə gətirib və ABŞ-dən müharibənin dayandırılmasında rol oynamasını istəyib".

Elşad Həsənov əlavə etdi ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Türkiyə kimi regionun önəmli müsəlman dövlətləri də sülhün əldə olunmasına dəstək göstərir:

"Xüsusilə Qətər bu prosesdə vasitəçi rolunu oynayır və danışıqların əsas mərkəzlərindən biridir. Bütün bu amillər fonunda demək olar ki, HƏMAS üçün alternativ yol qalmayıb. HƏMAS ya sülh təklifini qəbul etməlidirlər, ya da xalqı daha da dərin bir humanitar böhranla üz-üzə qoyacaqlar. Lakin mövcud vəziyyət göstərir ki, fələstinlilər artıq müharibə deyil, sülh istəyirlər. Bu səbəbdən də düşünürəm ki, HƏMAS bu təklifləri qəbul etmək məcburiyyətində qalacaq".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri