Icma.az
close
up
RU
Qərbə alternativ Şərq və Azərbaycan üçün açılan fürsət qapıları Şərh

Qərbə alternativ Şərq və Azərbaycan üçün açılan fürsət qapıları Şərh

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti saamiti həm əhatəliyinə, həm də qəbul etdiyi qərarlara görə mühüm bir sammit sayılır. Samitə üzv 10 ölkədən başqa tərəfdaş 15 ölkənin dövlət və hökumət başçıları qatılmışdır. Son 30 ildə ilk dəfədir bu sayda Asiya, Yaxın Şərq, Afrika ölkələri bir araya gəlirlər. Sammitin siyasi tərəfləri kifayət qədər genişdir. Amma biz onun iqtisadi tərəflərinə toxunmaq istərdik.
Əvvəlcə qeyd edim ki, sammit ABŞ-nın bir çox üzv ölkələrə ciddi iqtisadi təzyiqlərinin baş verdiyi bir şəraitdə keçirilir. Yəni, bu şəraitdə yeni iqtisadi imkanların tapılması xüsusi maraq kesb edir”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür: “Belə ki, təşkilat iştirakçılarının məcmu ÜDM-i 26 trln dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30%-i deməkdir. Təşkilat üzvlərinin əhalisi 3.3 mlrd nəfər təşkil edir ki, bu da planetin əhalisinin 41%-dir. Bundan başqa təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41%-nə, elmi patentlərin 30%-nə və nadir elementlərin ixracının 45%-nə sahibdirlər.
Sammitdə mühüm iqtisadi planlar elan edildir. Belə ki, ilk dəfə olaraq ŞƏT İnkişaf Bankının yaradılması bəyənildi. Bu Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ struktur kimi formalaşacaq.
“Böyük Avrasiya” iqtisadi layihəsinin başlanılması elan edildi. Layihə çərçivəsində infrastruktur, enerji və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu layihə 2035-ci ilə qədər 7-9 trln dollarlıq iqtisadi effekt yarada biləcəkdir.
Mühüm məsələlərdən biri ilk dəfə olaraq Avrasiya Reytinq Agentliyinin yaradılmasının bəyan edilməsi oldu. Agentlik Moody’s, S&P и Fitch -dən fərqli metodologiya ilə ölkələrin və şirkətlərin kredit qabiliyyətinin qiymətləndirəcəkdir.
Yəni, göründüyü kimi bu sahələrdə uzun illərdir dominant olan Qərb strukturlarına alternativ Şərq strukturları formalaşmaqdadır”.
Depuat onu da bildirib ki, Azərbaycan 2016-cı ildə ŞƏT-nin dialoq üzrə tərəfdaşı statusuna malikdir. “Keçən dövrdə Azərbaycan ardıcıl olaraq təşklat üzvləri ilə iqtisadi əməkdaşlığı gücləndirmişdir. Təkçə keçən il Azərbaycanın ŞƏT üzv ölkələrə ixracı 8.3mlrd dollar təşkil etmişdir ki, bu əvvəlki il ilə müqayisədə 27%-lik artım deməkdir. Çinlə ticarət həcmi record həcmi - 3.1 mlrd dollar keçimişdir.
Eyni zamanda Azbaycan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir. Təkcə bu ilin 6 ayında bu marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4.2mln tonu keçib.
Regionda sülhün təmin olunması və Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geoiqtisadi imkanlar yaradır. Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avrasiyanın Şərqini əhatə edən ŞƏT ilə əməkdaşlığının güclənməsi ölkəmizin çox vektorlu siyasətinə və milli maraqlarına da uyğundur. Nəzərə alsaq ki, ŞƏT-nın hazırkı 10 üzvündən 3-cü Türk Dövlətləri Təşkilatın üzvü, 1-i qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır-o zaman bu təşkilatı Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar”.
Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri