Icma.az
close
up
RU
HƏMAS ın əvvəlki gücü qalmayıb Politoloq

HƏMAS ın əvvəlki gücü qalmayıb Politoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"2025-ci ilin oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində sülh sammiti keçirildi. Bu sammit ABŞ-nin Prezidenti Donald Trampın rəhbərliyi ilə baş tutdu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etdi. Dünyanın 20 ölkəsinin prezidentləri və baş nazirləri bu toplantıya dəvət olunmuşdu. Qürurverici haldır ki, Azərbaycan da həmin 20-liyin sırasında yer aldı. Sammit zamanı Trampın Azərbaycan Prezidentinə göstərdiyi xüsusi rəğbət sevindirici məqam idi. Tədbir çərçivəsində Trampın hazırladığı 20 maddəlik sülh sazişi qəbul olundu və bu sənədə Türkiyə, Misir və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri imza atdılar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov Misirdə imzalanan sülh sammitindən sonra HƏMAS-ın razılaşmaya əməl etməməsindən danışarkən bildirdi.

"Təəssüf ki, HƏMAS hərəkəti əvvəlcə bu sazişə razılıq versə də, sonradan müəyyən təhdidlər və silahlı toqquşmalar baş verdi. Bu hadisələr sülh sazişinin pozulmasına səbəb ola bilər. Donald Tramp bəyan etdi ki, əgər HƏMAS Qəzzada dinc insanlara qarşı zorakılıq və öldürmə hallarını davam etdirərsə, ABŞ HƏMAS təşkilatını tamamilə məhv edəcək. ABŞ-nin bu istiqamətdə böyük imkanlara sahib olduğu məlumdur. Bununla belə, qeyd edilməlidir ki, Tramp sülh tərəfdarıdır və Yaxın Şərqdə sülhün bərqərar olması üçün ciddi səylər göstərir. Müsəlman ölkələrinin təkidi, xahişi və təklifləri nəticəsində Tramp İsraili hərbi əməliyyatları dayandırmağa razı saldı və sülh prosesinin başlanmasına nail oldu. Bu təşəbbüs dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandı. Artıq Tramp dünyanın səkkiz münaqişə ocağında sülhə nail ola bilib və bu prosesin davamlı olması ümumən arzuolunandır. Lakin HƏMAS-ın bəzi radikal üzvləri hələ də İsrailə qarşı tədbirlər görəcəklərini bildirirlər", - deyə siyasi şərhçi qeyd etdi.

Müsahibimizin fikrincə, HƏMAS-ın əvvəlki gücü artıq qalmayıb:

"Əgər HƏMAS yenidən vəziyyəti gərginləşdirərsə və müharibə başlasa, təşkilatın tamamilə məhv edilməsi ehtimal olunur. Xatırladım ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın başladığı müharibə nəticəsində 100 minlərlə insan həlak oldu. Fələstinlilər ağır zülmlərə məruz qaldı, 70 minə yaxın insan həyatını itirdi, çox sayda insan əlil oldu, minlərlə insan isə aclıq və soyuqdan dünyasını dəyişdi. Belə bir şəraitdə əgər HƏMAS yenidən gərginliyə səbəb olarsa, həm İsrail, həm də ABŞ tərəfindən ona qarşı ciddi tədbirlər görüləcəyi qaçılmaz olacaq", - deyə Elşad Həsənov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri