Icma.az
close
up
RU
HƏMAS vaxtı uzadır, ABŞ və İsrail isə hədələyir

HƏMAS vaxtı uzadır, ABŞ və İsrail isə hədələyir

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, HƏMAS-a istinad edən “The Times of Israel” nəşri belə məlumat yayıb. Qəzet xatırladır ki, HƏMAS hərəkatı oğurlanmış 20 israillinin də cəsədlərini Təl-Əvivə qaytarmalıdır.
“Geri qaytarılmayan girovların cəsədlərinin qalıqlarının çıxarılması böyük səy və xüsusi axtarış texnikası tələb edir. Biz bu problemin həlli üçün böyük səylər göstəririk”, - hərəkatın bəyanatında deyilir.
Bu fonda İsrailin Müdafiə naziri İsrael Kats HƏMAS-ı Qəzza zolağında yenidən hərbi əməliyyatlarla hədələyib.
- HƏMAS sazişin şərtlərini yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ ilə koordinasiyalı şəkildə, yenidən hərbi əməliyyatlara başlayacaq”, - “AFP” agentliyi Katsdan sitat gətirib.
Lakin HƏMAS cəsədlərin təhvil verilməsi ərəfəsində bütün canlı girovları və “əli çatan” bütün ölmüş əsirlərin cəsədlərini qaytarmaqla, atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirdiyini vurğulayıb.
ABŞ prezident administrasiyasındakı iki məmura istinad edən “Axios” portalının müxbiri Barak Ravid, öz növbəsində, Türkiyə və digər ölkələrin ölən girovların qalıqlarının tapılması və geri qaytarılması üçün Qəzza zolağına ekspertlər göndərəcəyini diqqətə çatdırıb.
“HƏMAS Qəzzada belə bir axtarış üçün lazım olan ağır texnikanın olmadığını söyləyir. HƏMAS-ın bütün ölən girovlara çatması faktiki olaraq mümkün deyil. ABŞ girovların cəsədlərinin çıxarılmasına kömək edən məlumatlara görə fələstinlilərə mükafat təklif edəcək”, - jurnalist “X” sosial şəbəkəsində yazıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp çoxlu ölən israillinin cəsədlərinin əlçatmaz yerlərdə olduğunu bildirmişdi: “Bu cəsədlərin bəziləri dağıntılar altındadır, bəziləri isə yerin dərinliklərində olan tunellərdədir”.
Amerika lideri həmçinin bildirib ki, HƏMAS razılaşmanın bir hissəsini yerinə yetirməkdən imtina edərsə, İsrailin baş naziri Binyamin Netanyahuya Qəzza şəhərində hərbi əməliyyatların bərpasına icazə verməyi nəzərdən keçirəcək.
“İsrail qüvvələri mən dediyim anda küçələrə qayıda bilər”, - Ağ Evin rəhbəri “CNN” telekanalına açıqlamasında deyib.
Bununla yanaşı, “Reuters” agentliyinin məlumatına görə, yaraqlılar Qəzza zolağının İsrail qüvvələrinin geri çəkildiyi hissələrinə nəzarəti bərpa edirlər. Onların hətta İsraillə əməkdaşlıqda ittiham olunan bir neçə nəfəri edam etdikləri də bildirilir.
Qeyd edək ki, bir gün əvvəl HƏMAS daha iki girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib. Ümumilikdə hərəkat 10 nəfərin cəsədini İsrailə qaytarıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri