HƏMAS yaraqlıları 50 İsrail əsgərini öldürüb? Bəyanat yayıldı, TelƏviv susur (FOTO)
Icma.az bildirir, Mia.az portalına istinadən.
HƏMAS-ın Qəzzadakı silahlı qanadı İzzəddin əl-Kassam Tuqayları sensasiyalı bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda Qəzzada 50 İsrail əsgərinə qarşı yüksək partlayıcı gücə malik minalarla tələ qurularaq öldürüldükləri iddia olunub: "Qəzzanın Tel əl-Heva bölgəsindəki əl-Fələh məscidi yaxınlığında 50 əsgərdən ibarət sionist piyada qüvvələrini yüksək partlayıcı gücə sahib mina ilə hədəf aldıq...".
Bəyanatda hadisənin detalları açıqlanmayıb.
İsrail ordusundan hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 7 oktyabrdan bu yana Qəzzada 44 min 580 fələstinli həyatını itirib, 105 min 739 nəfəri yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ


HƏMAS yaraqlıları 50 İsrail əsgərini öldürüb? Bəyanat yayıldı, TelƏviv susur (FOTO)
06 Dekabr 2024 23:08
Kassam tuqayları 10 İsrail əsgərini öldürüb
26 Noyabr 2024 00:46
İsrail HƏMAS rəhbərini öldürüb
17 Fevral 2025 17:08
HƏMAS İsrail əsgərini Qırmızı Xaça təhvil verdi
30 Yanvar 2025 16:40
İsrail ordusu HƏMAS komandirini öldürüb
14 Dekabr 2024 22:38

