Icma.az
close
up
RU
Həmin ətləri yemək olmaz Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər?

Həmin ətləri yemək olmaz Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər?

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Milli.Az xəbər verir ki, dabaq xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlarda (məsələn, inək, qoyun, keçi kimi) yayılan yoluxucu virus infeksiyasıdır. Bu xəstəlik heyvanların ayaqlarında, ağız və dodaq ətrafında yaralar, qabıqlar əmələ gətirir, heyvanın hərəkətini çətinləşdirir, qidalanmasını əngəlləyir. Nəticədə heyvan zəifləyir və məhsuldarlıqda azalma olur.

Baytarlar bildirirlər ki, dabaq xəstəliyi sürətlə yayılma xüsusiyyətinə malikdir və vaxtında müalicə olunmazsa, heyvanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Həmçinin, xəstəliyin yayılmasının qarşısını almaq üçün heyvanların kütləvi yerlərdə toplanması məhdudlaşdırılmalıdır.

İnsanlar bu xəstəliyə yoluxa bilər? 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb:

"Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.

Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.

Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər".

Yayılan dabaq xəstəliyi ucuz dönərlərə diqqəti artırıb. Mütəxəssislər xəbərdarlıq edir ki, keyfiyyətsiz və təzəliyi bilinməyən ət insan sağlamlığı üçün risk yarada bilər. Dönər alarkən ətin rənginə, məkanın təmizliyinə və digər şərtlərə əməl etmək lazımdır. 

Dabaq xəstəliyi olan heyvanın əti yeyilərsə insana keçə bilər?

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsindən qeyd edilib ki, dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir:

"Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən və digər xəstəliklərdən təfriq etmək lazımdır.

Dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır. Bu ehtimal demək olar ki, yoxdur. Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki yoxdur, bu səbəbdən bu xəstəliyin insanlara keçmə ehtimalı sıfıra bərabərdir". 

Bu xəstəlik iqtisadi cəhətdən bahalaşma yaradacaq ya ucuzlaşma? 

Bu vəziyyət ətin və südin qiymətlərinə də təsir edir. Dabaq xəstəliyi istər ətin, istərsə də ağartı məhsulların qiymətinə təsirsiz ötüşməyib. Xəstəliyin yayılmasına görə bölgələrdə bir sıra heyvan bazarlarının fəaliyyəti məhdudlaşdırılıb. Xəstəliklə bağlı ət və süd məhsullarına diqqətin azalması, qiymətlərin ucuzlaşmasına səbəb olur. Mövcud vəziyyətimlə bağlı ətin qiymətində 2 manata qədər ucuzlaşma var. 

Aysel Quliyeva
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Oktyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see155

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri