Icma.az
close
up
RU
Dabaq panikası fonunda Monqol ətləri bazarda: Bu ətlər xəstəlik yaradır? ŞƏRH

Dabaq panikası fonunda Monqol ətləri bazarda: Bu ətlər xəstəlik yaradır? ŞƏRH

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər dabaq xəstəliyi ilə bağlı xəbərlər ictimaiyyətdə narahatlıq yaradıb. İnsanlar ət və süd məhsullarının təhlükəsizliyi ilə bağlı ehtiyatlı davranmağa başlayıblar.

Hərçənd, mütəxəssislər bu xəstəliyin insana keçmədiyini bildirirlər, lakin bir çox vətəndaş yenə də xəstə heyvanların ətindən uzaq durmağa üstünlük verir.

Bu vəziyyət ət bazarında dəyişikliklərə səbəb olub. Belə ki, ölkəyə xüsusilə Monqolustandan ucuz qiymətə ət idxalı artıb. Lakin iddialara görə, bu ətlərin dad və keyfiyyət göstəriciləri aşağı olduğundan bazarda ucuz qiymətə satılır.

Bəs bu məlumatlar nə dərəcədə doğrudur? Ümumiyyətlə, yerli bazarda Monqol ətinə ehtiyac varmıydı?
Turkustan.az olaraq bu sualları qida üzrə ekspert Ağa Salamova ünvanladıq.

Ağa Salamov

Bəli, Monqol ətləri ölkəyə gətirilir, satışda da var. Amma yerli ətlərimizlə müqayisədə nə daha dadlı, nə də daha keyfiyyətlidir. Səbəb iqlim fərqidir. Azərbaycanda doqquz iqlim qurşağı var və bu şəraitdə yetişən heyvanların ətinin dadı və ləzzəti çox fərqlidir. Bizim iqlimdə otlayan və yemlənən qoyun-quzuların ətinin dadını başqa ölkələrdə tapmaq mümkün deyil. Məsələn, Türkiyədə belə bu dad yoxdur. Xaricdə ətlərin “marinad” və ya “basdırma” edilməsinin səbəbi odur ki, o ətlər dad baxımından zəifdir. Onlar marinadla dadlandırılır. Bizim ət isə təbii ləzzəti ilə seçilir.

Əgər ət daşınma zamanı soyuducu sistemində problem yaranarsa, məsələn, don açılıb təkrar dondurularsa, o zaman bu ət təhlükəli olur. Belə hallarda qida zəhərlənməsi riski yaranır. Bəzi sürücülər yanacağa qənaət etmək üçün soyuducunu söndürür, sonra yenidən yandırır. Bu, soyuq zəncirin pozulmasına gətirib çıxarır. Ət istənilən ölkədən istər Monqolustanda, istər başqa yerdən gətirilsin, donmuş şəkildə, soyuq qida zəncirində daşınmalıdır. Yalnız bu halda təhlükəsiz sayılır.

Bu məsələ Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Gömrükdə bu ətlərdən nümunələr götürülür, laborator analizlər aparılır. Yalnız analiz nəticələri müsbət olarsa, məhsul ölkəyə buraxılır. Yəni AQTA-nın möhürü və sənədi olan ətlər təhlükəsiz hesab olunur. Amma dediyim kimi dad və ləzzət baxımından yenə də bizim yerli ətlərimizə çata bilməz. Bizim ətimizdə elə bir təbii ləzzət var ki, onu heç bir marinadla əvəz etmək mümkün deyil.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Noyabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri