“Həmin səfərlərin statistikasını aparırıq” Rusiyadakı səfirimiz
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev “Lenta.ru”ya müsahibəsinin davamında iki ölkə arasındakı rəsmi statistikanı açıqlayaraq münasibətlərin reallığını diqqətə çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, diplomat Bakı və Moskva arasındakı siyasi dialoqun intensivliyini konkret rəqəmlərlə əsaslandırıb:
“Biz yüksəksəviyyəli səfərlərin statistikasını aparırıq. Bu, ikitərəfli münasibətlərin real vəziyyətini göstərən ən vacib və əyani göstəricidir. 2026-cı ilin ilk 7 ayı ərzində iki ölkə arasında 30 ikitərəfli səfər reallaşıb. Müqayisə üçün deyim ki, 2025-ci ilin bütün cəmi ərzində bu göstərici cəmi 20 səfər təşkil edirdi. Ali və yüksək səviyyəli müntəzəm dialoq dinamik şəkildə davam edir və cari il ərzində iki ölkə prezidenti artıq iki dəfə telefonla danışıb”.
Xatırladaq ki, R. Mustafayev müsahibənin əvvəlki hissəsində Rusiya mediasında və sosial şəbəkələrdə Azərbaycana qarşı yaradılan neqativ informasiya fonunun ikitərəfli müttəfiqlik münasibətlərinə ciddi zərər vurduğunu bəyan etmişdi.
Baxış sayı:95
Bu xəbər 10 Sentyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















