Icma.az
close
up
RU
Həmin uşaqların valideynini nə gözləyir? Vəkildən açıqlama

Həmin uşaqların valideynini nə gözləyir? Vəkildən açıqlama

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Belə ki, rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
Məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, bu zaman məsuliyyət birbaşa nəqliyyat vasitəsinin sahibinin üzərinə düşür:
“Avtomobil yüksək risk mənbəyi hesab olunur. Onu idarə etməsən belə, təhlükəsiz vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyırsan. Maşının enişli ərazidə, açıq və nəzarətsiz qoyulması artıq səhlənkarlıq kimi qiymətləndirilə bilər. Üstəlik, azyaşlı uşaqların avtomobilə sərbəst daxil olub onu hərəkətə gətirməsi valideynin üzərinə düşən nəzarət öhdəliyinin pozulması deməkdir. Bu cür hallarda “mən sükan arxasında deyildim” arqumenti hüquqi məsuliyyətdən azad etmir. Əgər hadisə nəticəsində ölüm baş veribsə, bu artıq cinayət hüququ müstəvisinə keçir. Səhlənkarlıqdan adam ölümünə səbəb olma maddəsi ilə qiymətləndirilə bilər. Burada əsas məsələ odur ki, hadisənin qarşısını almaq mümkün idimi və şəxs lazımi diqqət və ehtiyat tədbirləri görüb-görməyib. Zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin ödənilməsi avtomobil sahibinin üzərinə düşür. Bu, sığorta məsələlərindən asılı olmayaraq tətbiq oluna bilər. Bu cür hadisələr göstərir ki, avtomobili park edərkən sadə görünən təhlükəsizlik qaydalarına əməl edilməməsi çox ağır hüquqi və insan faciələrinə gətirib çıxara bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri