Icma.az
close
up
RU
Hərbi xidmətdən boyun qaçıranları hansı cəza gözləyir? Vəkildən açıqlama

Hərbi xidmətdən boyun qaçıranları hansı cəza gözləyir? Vəkildən açıqlama

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilib. Yeni qaydalara əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, hərbi xidmətə və ya səfərbərlik çağırışına gəlməyən şəxslər "çağırışdan boyun qaçıran” hesab olunacaq.

Dəyişikliklərə görə, bu şəxslərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər. Qərar artıq 2026-cı il yanvarın 23-də qəbul edilən Ali Məhkəmə Plenumunun qərarında da əksini tapıb. 

Vəkil Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu dəyişikliklər "çağırışdan boyun qaçırma” anlayışının daha geniş şəkildə müəyyən edilməsini nəzərdə tutur:

"Hərbi xidmətdən yayınan şəxslərlə bağlı qaydaların sərtləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində bir sıra normativ aktlara edilən dəyişikliklərlə həyata keçirilmişdir. Bu dəyişikliklər, ilk növbədə, "çağırışdan boyun qaçırma” anlayışının daha dəqiq və geniş şəkildə müəyyən edilməsini nəzərdə tutur. 27 dekabr 2024-cü il tarixli qanunla Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında” və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlara düzəlişlər edilib. Bu dəyişikliklərə əsasən, vətəndaşın üzrlü səbəb olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə hərbi xidmətə çağırış zamanı gəlməməsi artıq hərbi xidmətdən yayınma kimi qiymətləndirilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli qərarı ilə bu dəyişikliklər məhkəmə təcrübəsi baxımından daha da dəqiqləşdirilmişdir”.

Vəkil qeyd edib ki, çağırış vərəqəsi vətəndaşa müxtəlif vasitələrlə təqdim olunur:

"Plenum qərarının 2-ci bəndinə əsasən, çağırış vərəqəsi vətəndaşa müxtəlif vasitələrlə – elektron kabinetə yerləşdirilmə, SMS bildirişi, poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim edilmə yolu ilə çatdırıldıqda şəxs rəsmi qaydada məlumatlandırılmış hesab olunur. Bununla yanaşı, qərarın 2-2-ci bəndində göstərilir ki, çağırış vərəqəsi ilə məlumatlandırılmasına baxmayaraq, cari çağırış müddəti başa çatanadək üzrlü səbəb olmadan tibbi müayinəyə gəlməmək, hərbi xidmətə yola düşmək üçün müvafiq quruma müraciət etməmək, hərbi təlim və toplanışlara qatılmamaq və ya səfərbərlik zamanı çağırışa gəlməmək hərbi xidmətdən yayınma kimi qiymətləndirilə bilər. Həmçinin Plenum qərarının 2-3-cü bəndində qeyd edilir ki, yaşayış yerini dəyişərkən hərbi qeydiyyat qaydalarının pozulması adi hallarda inzibati məsuliyyət yaratsa da, əgər bu davranış çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq və ya hərbi xidmətdən yayınmaq məqsədi ilə həyata keçirilirsə, həmin hərəkətlər də cinayət məsuliyyətinə səbəb ola bilər”.

O vurğulayıb ki, "Yeni qaydalara görə çağırışdan yayınan şəxslərə qarşı tətbiq ediləcək hüquqi tədbirlər də daha geniş və konkret xarakter almışdır. Əvvəla, çağırışçıya çağırış vərəqəsi qanunla müəyyən edilmiş qaydada təqdim edildikdən sonra onun üzərinə çağırış üzrə tədbirlərdə iştirak etmək öhdəliyi qoyulur və bu öhdəliyin üzrlü səbəb olmadan yerinə yetirilməməsi məsuliyyət yarada bilər. Ali Məhkəmə Plenumunun qərarının 4-1-ci bəndinə əsasən, şəxsin hərbi xidmətdən yayınmaq niyyətini göstərən hallara çağırış vərəqəsini qəbul etməkdən imtina etməsi, olduğu yeri gizlətməsi, xəbər vermədən xaricə getməsi, xəstə olduğunu simulyasiya etməsi, saxta sənəd hazırlaması və ya təqdim etməsi, möhlət hüququ verən halların aradan qalxdığını gizlətməsi kimi davranışlar aid edilə bilər. Belə hallar müəyyən edildikdə şəxsin əməli Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə qiymətləndirilərək cinayət məsuliyyəti yarada bilər”. 

R.Qaraşov qeyd edib ki, şəxsin sonradan könüllü şəkildə müraciət etməsi yalnız cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilər:

"Qanunvericiliyə edilən dəyişikliklərə əsasən hərbi xidmətə çağırışdan yayınan şəxslər barəsində çağırış üzrə qərar qəbul edilənədək onların ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması da mümkündür. Plenum qərarının 5-ci bəndində isə qeyd olunur ki, hərbi xidmətdən yayınma uzanan cinayət hesab olunur və şəxsin çağırış üzrə müəyyən olunmuş müddət ərzində üzrlü səbəb olmadan aidiyyəti orqana gəlməməsi ilə hüquqi baxımdan başa çatmış sayılır. Bununla belə, şəxsin sonradan könüllü şəkildə müraciət etməsi cinayətdən imtina kimi deyil, yalnız cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. Beləliklə, qəbul edilən dəyişikliklər çağırışdan yayınma hallarının qarşısının alınmasına, məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşdırılmasına və hərbi çağırış sisteminin daha səmərəli fəaliyyətinə xidmət edir”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:401
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri