Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Həmişə bir yerdə!

Həmişə bir yerdə!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Zirvədə olan Azərbaycan Türkiyə münasibətləri dərin tarixi bağlara əsaslanır və çətin sınaqlarda möhkəmlənib

Qarşılıqlı münasibətləri dostluğun zirvəsində dayanan Azərbaycan və Türkiyə arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. İki ölkənin bir-birinə “əziz qardaşım” deyə müraciət edən liderləri, digər yüksəksəviyyəli rəsmiləri sıx təmaslar quraraq  regional və qlobal miqyasda uzlaşdırılmış fəaliyyətlər həyata keçirirlər. Qardaş ölkənin respublikamızda da böyük hörmət bəslənilən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən qarşılıqlı münasibətlər

Müdrik siyasətçi, Türkiyənin böyük dostu Heydər Əliyev zamanında ölkələrimiz arasındakı münasibətləri “Bir millət, iki dövlət” kəlamı ilə səciyyələndirib. Bəhs olunan telefon söhbəti zamanı da həm Rəcəb Tayyib Ərdoğan, həm də İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini xüsusi vurğulayıblar ki, bu da təsadüfi deyil.  Azərbaycan və Türkiyənin getdikcə daha da möhkəmlənən münasibətlərinin mahiyyəti və məzmunu digər ölkələr arasındakı əlaqələrdən kəskin şəkildə fərqlənir. Cəmiyyətlərdən könüllü şəkildə gələn istək və dövlətlərin bu istəyə qarşılıq verməsi ikitərəfli münasibətlərimizin özəlliyini səciyyələndirir. Azərbaycan vətəndaşları Türkiyədə, qardaş ölkənin sakinləri isə respublikamızda özlərini doğma evlərindəki kimi hiss edirlər. Belə doğmalıq hissləri, həmçinin hər iki ölkənin dövlət başçıları səviyyəsində dəfələrlə etiraf olunub. Dostluğumuzu sarsılmaz edən çoxsaylı amillər sadalamaq mümkündür. Tarixi bağlar, ənənələr, etiqad eyniliyi, dilin, mədəniyyətin, həyat tərzinin hədsiz  oxşarlığı və digər ortaq cəhətlər bu sırada yer alır.

Telefon söhbəti zamanı Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib. İş elə gətirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən bir sıra çətinliklərlə, o cümlədən də Ermənistanın təcavüzü ilə üzləşib. Eyni zamanda, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar  Azərbaycan ayrı ayrı ölkələr və bəzi beynəlxalq təşkilatlar tərəfindən basqılara məruz qalırdı, biz haqlı olduğumuza baxmayaraq, ədalətsiz şəkildə qınanırdıq. Belə çətin məqamlarda Türkiyənin cəmiyyəti və dövləti heç vaxt öz dəstəyini bizdən əsirgəməyib, həmişə haqlı mövqeyimizi müdafiə edib. Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Eyni zamanda, Türkiyə 1993-cü ildən etibarən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Türkiyə daim o mövqedən çıxış edib ki, artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və suveren dövlətin ərazi bütövlüyünə hörmət prinsipi əsasında həllini tapmalıdır.

Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.

Qardaş Türkiyənin Azərbaycana dəstəyi bu gün də davam edir. Məlum olduğu kimi, müəyyən dairələr hər vəchlə sərhədlərin açılması məsələsini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən ayırmağa nail olmaq istəyirlər. Bu, Azərbaycanın və Türkiyənin mövqelərini zəiflədər, ermənilərin əlini gücləndirərdi. Ancaq qardaş ölkənin rəsmilərinin sərhədlərin açılmasının Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesindən kənarda mümkün olmayacağı məzmunlu açıqlamalar vermələri bədxahlarımızın xəyallarını puç edir.

Son olaraq qardaş ölkə Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlük məsələsini davamlı şəkildə dəstəkləyib. Xatırladaq ki, dövlətimizin başçısı İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2017-ci il oktyabrın 20-də qurumun İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib. Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın D-8-in üzvü olmamasına baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın ölkəmizi bu tədbirə dəvət etdiyinə görə öz qardaşına dərin təşəkkürünü bildirib və bunu Azərbaycan-Türkiyə dostluğunun bariz nümunəsi kimi dəyərləndirib. Qardaş ölkənin davamlı dəstəyi məntiqi sonluqla nəticələnib. Belə ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 təşkilatının  XI Sammiti zamanı Azərbaycan yekdilliklə qurumun üzvü seçilib.

Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır

Telefon söhbəti zamanı bu məqama xüsusi diqqət çəkən Prezident İlham Əliyev ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb. Bəli, artıq dünyada birmənalı şəkildə qəbul olunur ki, Azərbaycan olmayan yerdə Türkiyə, Türkiyə olmayan yerdə isə Azərbaycan var. Biz yuxarıda qardaş ölkənin Azərbaycana hərtərəfli dəstəyindən bəhs etdik. Eyni zamanda, ölkəmiz də həmişə vəfa borcuna sadiq qalır. 2014-cü ilin aprel ayında Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə baş verənləri xatırlayaq. İş elə gətirib ki, həmin tədbir aprelin 24-nə təsadüf edib. Bu, Ermənistanda saxta “soyqırımı”nın yad edildiyi gündür. Bu ölkənin sabiq dövlət başçısı Serjik Sarkisyan xəstə erməni təxəyyülünün məhsulu olan iddianı növbəti dəfə bəhs olunan Praqa sammitində gündəmə gətirmək istəyib. Belə ki, Ermənistanın sabiq prezidenti zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlüklə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serjik Sarkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib.

Praqada Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar səsləndirən, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Serjik Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək. “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, - deyə dövlətimizin başçısı Ermənistan rəsmisi tərəfindən saxta ittihamlara tuş gələn Türkiyənin müdafiəsinə qalxıb. Azərbaycan Prezidenti sammitdəki tarixi çıxışında Ermənistanın riyakarlığını, işğalçılıq siyasətinin əsl mahiyyətini yüksək tribunadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Beləliklə,  Ermənistanın sabiq dövlət başçısı çıxılmaz durumda qalıb. Onun, sadəcə, deməyə sözü yox idi. Təsadüfi deyildir ki,  Prezident İlham Əliyevin sammitdə qardaş ölkəni müdafiə məqsədilə səsləndirdiyi fikirlər Türkiyə ictimaiyyəti tərəfindən düşmən ölkənin rəhbərinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirildi.

Qardaş Türkiyə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə dəhşətli terror hadisəsi ilə silkələndi. Baş verənlər dövlət terroruna cəhd idi. Lakin FETÖ və digər satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları 15 iyul 2016-cı il tarixində növbəti dəfə iflasa uğradı.  Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar. 

Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.

Türkiyədə 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla  baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb. 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyəyə yardıma tələsib və bu yardımı indi də davam etdirir.

Şübhə yoxdur ki, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik münasibətlərini rəsmiləşdirən Azərbaycan və Türkiyə gələcəkdə də bir yerdə olacaqlar.  Yeri gəlmişkən, telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri