Icma.az
close
up
RU
Eliş ləqəbli tiktokerə hökm oxundu

Eliş ləqəbli tiktokerə hökm oxundu

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra tiktoker son söz deyib. O məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, "Eliş" ləqəbli tiktoker 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 1992-ci il təvəllüdlü "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyev ötən ilin noyabrında Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi cə cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

Tiktokerin üzərinə baxış zamanı 1 bükümdə kustar üsulla hazırlanmış 2,389 qram metamfetamin aşkar edilib. 

Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elsevər Nəbiyev dəfələrlə TikTokda "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb. 

Tiktoker bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.

Orxan Rasifoğlu



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 May 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri