Icma.az
close
up
RU
Həmyerlimiz Çində “İpək Yolu dostluq elçisi” mükafatına layiq görülüb

Həmyerlimiz Çində “İpək Yolu dostluq elçisi” mükafatına layiq görülüb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Pekin, 10 iyun, AZƏRTAC

Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunun (SUMR) Kuça şəhərində 4-cü “İpək Yolu dostluq elçisi” mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi Mərkəzinin və “Jenmin Jibao” qəzetinin təşkilatçılığı, SUMR yerli hökumətinin dəstəyi iştirakı ilə keçirilən tədbirdə 15-dən çox ölkədən nümayəndələr, dövlət və hökumət rəsmiləri, elm adamları və mədəniyyət xadimləri iştirak edib. Mədəniyyətlərarası dialoqu və dostluğu təbliğ edən nüfuzlu beynəlxalq tədbirdə İpək yolu ölkələri arasında sülh, əməkdaşlıq və xalqlar arasında qarşılıqlı anlaşma ideallarına töhfə verən 10 nəfər və bir təşkilata “İpək Yolu dostluq elçisi” mükafatı təqdim olunub. Onlar arasında Çində yaşayan həmvətənimiz Asəf Tağıyev də olub.

Mərasimdə çıxış edən A.Tağıyev Azərbaycanın tarixi İpək yolundakı strateji rolunu vurğulayıb, ölkəmizin Şərqlə Qərb arasında körpü funksiyasını əsrlər boyu uğurla yerinə yetirdiyini xatırladıb. Bildirib ki, Azərbaycanın Bakı, Şamaxı, Gəncə və Naxçıvan kimi tarixi şəhərləri İpək yolu üzərində mühüm ticarət və mədəniyyət mərkəzləri olub. Sovet İttifaqı dağılandan sonra Ümummilli Lider Heydər Əliyev tarixi İpək yolunun yenidən canlandırılması ideyasını irəli sürüb, bu istiqamətdə mühüm beynəlxalq təşəbbüslər həyata keçirilib.

O, Çin lideri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünün yaratdığı əməkdaşlıq imkanlardan danışıb, ölkəmizin nəqliyyat-logistika və enerji sahələrində regional mərkəzə çevrildiyini diqqətə çatdırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri