Icma.az
close
up
RU
Çində “Tərcümə və İpək yolu sivilizasiyası” simpoziumu keçirilib

Çində “Tərcümə və İpək yolu sivilizasiyası” simpoziumu keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Qədim İpək yolunun qovşağında yerləşən Çinin Dunhuanq şəhərində “Tərcümə və İpək yolu sivilizasiyası” simpoziumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Dunhuanq Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən alimlər Dunhuanq və onun ətrafında tapılan müxtəlif dillərdə qədim əlyazmaların tərcümə metodları, müasir dövrdə tərcümənin sivilizasiyalararası münasibətlərdə əhəmiyyəti, tərcümənin linqvistik aspektləri, freskaların intersemiotik tərcüməsi, qədim İpək yolu üzərində ədəbiyyat və digər mövzular ətrafında 50-dən çox tədqiqat əsərlərini təqdim ediblər.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinin direktoru Aqşin Əliyev “Asiya klassik əsərlərinin qarşılıqlı tərcümə layihəsi: əhəmiyyəti, çağırışları və təsiri” mövzusunda məruzə ilə çıxış edib.

AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Aqşin Əliyev qeyd edib ki, Dunhuanq şəhərinin zəngin tarixi abidələri, əlyazmaları, mağaralarda divar rəsmləri artıq 100 ildən çoxdur dünya alimlərinin diqqətini cəlb edir. Burada XX əsrin əvvəllərində mağaralarda aşkar olunan minlərlə qədim əlyazlamaların əksəriyyəti və daşına bilən digər tarixi abidələr Fransa, İngiltərə, ABŞ, Yaponiya və digər ölkələrin alimləri tərəfindən oğurlanıb və ya ucuz qiymətə alınaraq xaricə aparılıb. Hazırda həmin ölkələrin ən məşhur muzey, kitabxana və arxivlərində saxlanılır. IV-XI əsrləri əhatə edən bu əlyazmaların məzmunu buddist sutraları, rəsmi yazışmalar, digər kiçik dinlərə aid mətnlər, mədəniyyət, cəmiyyət, ədəbiyyatı əhatə edən mətn nümunələrindən ibarətdir.

Dunhuanq şəhərində tapılan 50 mindən çox əlyazmanın müəyyən hissəsi qədim uyğur dilindədir və dünya türkologiya elmi üçün qiymətli mənbədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri