“Hər ailənin öz psixoloqu olmalıdır” PSİXOLOQ
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Valideynlər, ilk növbədə, övladlarını dinləməyi bacarmalıdırlar. Onlara şəxsi sərhədlərini pozaraq, qışqırıq, tənqid və təhqirlə deyil, istəklərini anlamağa çalışaraq yanaşmalıdırlar. Çünki valideynlər övladlarından yalnız öz istəklərini deyil, onların şəxsi arzularını da nəzərə almağı bacarmalıdırlar”.
Bu fikirləri psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib.
Onun sözıərinə görə, özümüzə “Bizim yeniyetməlik dövrümüzdə belə hallar olmayıb” deməməliyik. Biz də yeniyetmə olmuşuq, lakin hər dövrün öz xüsusiyyətləri və yanaşma tərzi var:
” Hər nəslin özünəməxsus yeniyetməlik dövrü olur. Bizim zamanımızda sosial münasibətlər indiki qədər geniş deyildi, insanlar bir-biri ilə bu qədər əlçatan vasitələrlə ünsiyyət qura bilmirdilər.
Yadınızdadırsa, vaxtilə “Sehrli xalat” filmində xalata əl vurmaqla müxtəlif məlumatların əldə edildiyini, gələcəyə səyahət edildiyini görürdük. Əslində, indi həmin gələcəkdə yaşayırıq. Bu gün planşet və telefon dövrüdür. Bir toxunuşla istənilən məlumatı əldə etmək mümkündür. Uşaqların hüquqlarından danışdığımız bir dövrdə yaşayırıq. Bununla belə, bəzən müəllimlərin şagirdlərə münasibətində də problemlərlə qarşılaşırıq. Müəllimin şagirdə qarşı cəza tədbiri tətbiq etməsi məsələsini müzakirə etdiyimiz halda, təbii ki, indiki yeniyetmələrin bizim yaşadığımız dövrün yeniyetmələri kimi olmasını gözləyə bilmərik.
Ona görə də yeniyetmə övladı olan valideynlər onların nə istədiyini bilməli, fikirlərinə hörmətlə yanaşmalıdırlar. Məsələn, dost seçimi məsələsində övladına “Sən mütləq bununla dost olmalısan” deyərək məcburiyyət yaratmaq əvəzinə, onunla birlikdə düşünməli, dostları ilə bölüşdüyü fikirləri müzakirə etməli və müxtəlif yanaşmaları birgə dəyərləndirməlidirlər.
Lakin bu gün görürük ki, deyilənlər çox vaxt sadəcə sözdə və düşüncədə qalır. Valideyn yanımdan ayrılarkən deyir: “Yaxşı, Aytən xanım, bundan sonra səbirli olacağam, sizin dediyiniz kimi davranacağam, bu istiqamətdə addımlar atacağam”. Ancaq ertəsi günü gözləməyə belə ehtiyac qalmır. Elə həmin gecə övladı yenidən mənə müraciət edir və əvvəlki problemlərin davam etdiyini bildirir.
Aydındır ki, belə hallarda valideyn uşağın mövqeyini dinləmək əvəzinə, yenə də öz yanaşmasını müdafiə edir. Mən isə bəzən uşağın özünə də deyirəm: “Gəl, səni də dinləyək, valideynini də dinləyək. Niyə valideyninin sözünü mən sənə çatdırmalıyam? Gəlin, bir-birimizi dinləyək”. Deməli, burada artıq effektiv ünsiyyət zənciri qırılmış olur.
Ünsiyyətin pozulmasına bir sıra sosial amillər də təsir göstərir. Bəzən valideynlər övladlarının psixoloji sərhədlərini düşünmədən, başqalarının yanında pozurlar. Hətta nişanlı cütlüklər arasında belə, oğlanın və ya qızın anası öz övladına, yaxud gələcək gəlininə iradlarını hamının yanında bildirir. Bəzən qız anası nişanlı cütlüyün qarşısında öz qızına qarşı nalayiq ifadələr işlədir, hətta ona fiziki müdaxilə edir. Bütün bunlar insanların əsəb və stress səbəbindən davranışlarında müəyyən problemlərin yarandığını göstərir. Bu gərginlik də təbii olaraq yeniyetmə övladı olan valideynlərin davranışlarına təsir edə bilir.
Ona görə də övladlarımızda düzgün ünsiyyət bacarıqları formalaşdırmaq üçün, nə baş verməsindən asılı olmayaraq, ilk növbədə onları dinləməli, fikirlərinə qulaq asmalı, necə bir insan olmaq istədiklərini anlamalı və onlarla birlikdə addımlamalıyıq.
Övladımızın səhv etdiyini gördükdə dərhal “Bax, burada səhv etdin” demək əvəzinə, “Gəl görək, burada biz nə etdik ki, belə bir səhv baş verdi?” sualını verməliyik. Bu, eyni zamanda, fərdi xüsusiyyətləri nəzərə alan yanaşmanın vacib tərəfidir.
Hər bir yeniyetmənin şəxsiyyət tipi fərqlidir. Onların hormonal dəyişiklikləri, dünyagörüşü və ətraf aləmə baxışları da eyni deyil. Buna görə də hər bir yeniyetməyə fərdi yanaşmaq lazımdır. Necə ki, hər ailənin sahə həkimi və hüquqşünası ola bilər, mən hesab edirəm ki, hər ailənin öz psixoloqu da olmalıdır. Bu, həmin dövrün sağlam şəkildə keçməsi və düzgün nəticələrin əldə olunması üçün vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 Noyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















