Hər ay 15 minə yaxın iş yeri itirilir
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
"Almaniya sənaye sektorunda dərin böhran yaşayır və bu vəziyyət ölkənin iqtisadi sabitliyi üçün ciddi risk yaradır".
Bunu Almaniya Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Gönner bildirib.
Onun sözlərinə görə, sənaye sahəsində hər ay təxminən 15 min iş yeri itirilir ki, bu da ölkədə dərin struktur tənəzzülünün göstəricisidir.
BDI rəhbərinin fikrincə, deindustrializasiya prosesini hələ də dayandırmaq mümkündür. O hesab edir ki, bunun üçün əsas istiqamətlərdən biri süni intellekt texnologiyalarının sənayedə geniş tətbiqidir.
Gönner sənayedəki geriləmənin əsas səbəbləri kimi ABŞ-nin tarif siyasətini, Çinin aqressiv iqtisadi rəqabətini, Rusiya qazının tədarükünün dayandırılmasından sonra yaranan enerji böhranını, Yaxın Şərqdəki geosiyasi gərginliyi və COVID-19 pandemiyasının nəticələrini göstərib. /Oxu.Az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 İyul 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















