Icma.az
close
up
RU
Hər aydan bir gün alan Boz ay...

Hər aydan bir gün alan Boz ay...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Novruza gedən yolun başlanğıcı

Qış fəslinin son ayı xalq təqviminə görə, Boz ay hesab olunur, fevralın 21-dən martın 21-nə qədər davam edir. Bu dövr kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününədək - Novruza qədər davam edir və hərəsi bir həftə çəkməklə dörd çilləyə bölünür. El-oba arasında bu müddət boz çillə, ala çillə, alaçalpo, yazağzı, ağlar-gülər ayı adları ilə də tanınır.

Niyə Boz ay?

“Boz” sözü rəng çalarından daha çox təbiətin vəziyyətini ifadə edir. Qar artıq əriməyə başlayır, torpaq hələ tam yaşıllaşmayıb, səma tez-tez tutulur, hava gah günəşli, gah küləkli, gah da yağışlı olur. Hər şey sanki boz çalara bürünür. Təbiət nə qışdır, nə də tam yaz - aralıq bir mərhələdir.

Rəvayət edirlər ki, qədim zamanlarda insanlar ayı, günləri hesablamaqda çətinlik çəkiblər, günü günə, ayı aya qarışdırıblar. Belə çaşqınlıq insanları bu qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı Boz aya cəmi 14 gün düşür. Tarazlıq olsun deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Yenə də düzgün bölgü alınmır: hər ayın 31 günü, Boz ayın isə 25 günü olur. Onda yenidən aylara müraciət edilir ki, hərəniz bir gün də Boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır. Nəhayət, bir ay bir gün, digəri iki, fevral isə Boz aya üç gününü verir. Beləliklə, Boz ay olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən aldığı üçün onlar hava baxımından bir-birinə oxşamır.

Boz ayın bu cür qurulması onun buludlu, yağışlı, küləkli, isti, soyuq - bir sözlə, dəyişkən olması ilə bağlıdır. Xalq bu aya öz münasibətini “Boz ay bozara-bozara keçər” şəklində ifadə edir. Bunun həm müstəqim, həm də məcazi mənası var. Bəlli olduğu üzrə, “boz” dilimizdə bir sıra anlamlarla yanaşı, həmçinin rəngi, xasiyyəti, sərtliyi, kobudluğu bildirir. Ona görə də bu deyim misal çəkiləndə daha çox onun sərtliyi nəzərdə tutulur.

Cəmiyyətdə bərabərliyi tarazlamaq...

Folklorşünasların araşdırmalarında Novruza qədər keçirilən bayram və mərasimlərdə məhsul bolluğu diləyi başlıca cəhət sayılır. Ulu əcdadlarımızda belə bir əqidə var idi ki, nə qədər bolluğu arzulasan, onu çağırsan, o, sənə daha tez yaxın düşər. Keçmiş türk bayramlarının başqa bir qayəsi isə cəmiyyətdə bərabərliyi tarazlamaq, yoxsullara, əlsiz-ayaqsızlara, sürüsünü yel, sel aparanlara, ocağına qəza üz verənlərə kömək etmək istəyi ilə bağlı idi. Bu, əsasən Novruzaqədərki nəğmələrdə də öz əksini daha qabarıq şəkildə tapırdı.

Novruzgülü Boz ay girməmiş açmır

Məlumdur ki, bahar müjdəçisi novruzgülü də Novruz bayramı ərəfəsində açır. Novruzgülü Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Maraqlıdır ki, qış mülayim, qarsız-boransız keçsə də, bu gül Boz ay girməmiş heç vaxt açmır. Ən sərt keçən qışda isə Boz ayın əvvəlində cənub tərəfdə qarın altından zərif çiçəklər boylanır.

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Fevral 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see461

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see281

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see243

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see227

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see225

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see214

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see207

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see190

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see187

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see163

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see162

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see161

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see160

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see159

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see156

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see155

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see155

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see152

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see149

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri