Icma.az
close
up
RU
“Boz ay” hər günü, sanki, özgə bir ay...

“Boz ay” hər günü, sanki, özgə bir ay...

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan bu dünyanı görə-görə, yora-yora gəlir. Günlər, aylar, illər bir-birini əvəz edir.  Yadda qalan günlər, aylar, illər bir müddətdən sonra şirincə yuxunu xatırladır. Xatirəyə dönən günlər acılı-şirinli və çoxçalarlı olur. İnsan acılı-şirinli xatirələrini unudursa, demək yaşamır.
Günləri saya-saya fevral ayının sonuna gəlib çıxdıq. Ay demişkən, belə rəvayət edirlər ki, qədim zamanlarda ayların adı yox imiş. Bu səbəbdən də ilin, ayın günləri insanları çaşdırırmış. Ona görə də camaat ilin günlərini aylara bölmək qərarına gəlir. Bölgüyə görə, hər aya 32 gün düşür, “boz ay”a 14 gün qalır. O da inciyib deyir ki, necə yəni hamının payına çox gün düşür, mənim payıma az?! Ona görə də hər aydan bir gün alıb “boz ay”a verirlər, olur 25 gün. Görürlər yox, “boz ay”ın qaş-qabağı açılmır.  Aylardan bir neçəsi deyir ki, biz 1 günümüzü də “boz ay”a bağışlayırıq, təki xətri xoş olsun, bizdən incik qalmasın...  Beləliklə, “boz ay”ın  28-29 günü olur. Ona görə də rahat nəfəs alır və dövranını sürməyə başlayır.
“Boz ay”ın günləri bəzən hirsindən cin atına minir, bəzən bomboz bozarır. Təbiətin belə yersiz hirslənməsindən qar altında güllər  utanıb qızarır. Külək də ikiüzlü adamlar kimi qışa – getmə, yaza – gəl, – deyir. Qış bir az da yaşamaq istəyir, bahar isə görüşə tələsir.

Bir yanında qar,
Birində bahar...
Nərgiz dərdim bir dəstə,
Ətri gözəl, boyu bəstə...

“Boz ay” fevralın 21-dən başlayıb. Bu ay xalq arasında qış fəslinin sonuncu ayı adlanır. Kiçik çillənin qurtardığı gündən yazın ilk gününədək – Novruz bayramına qədər davam edir və həftələr 4 çərşənbəyə bölünür.
İş burasındadır ki, ağlar-gülər deyilən bu ay günləri o biri aylardan aldığına görə,  biri qışı, bir başqası yazı xatırladır. Bir də görürsən ki, “boz ay”ın bəzi günlərində sabah yelləri qanad açır. Bəzi günlərində isə Torpaq Günəşə öpüş verir.
Yolumuzu gah çiçəklər bəzəyir, gah da dumanlar kəsir. Bahar buludu torpağa təzəcə kölgə salır. Sonra da üfüqlərdə işıqlı bir səhər açılır. Torpağın ətri ilə göylərin ətri bir-birinə qarışır. Günəş işığı, həyat sevinci ömrümüzü bəzəyir. Yer Günəşi sevən kimi, insan da işığı sevir. Çəmənin otları Günəş işığı görəndə cücərməyə başlayır. Günəş işığı ana torpağın üstündə yanar çırağa dönür. 
Çöllərə səda düşür, güllər oyanır. Sarı-sarı nərgizlərin ətri bağlara-bağçalara, çöllərə yayılır.  İnsan  duyğularla yaşadığına görə,  şirin bir duyğuyla  gördüklərindən fərəhlənir.
Hərdən-hərdən, uzaq üfüqlərdən Günəş  gülümsəyəndə yerdə qışın ürəyinə xal düşür. Biri gün deyəndə, o biri şaxta deyir. Ulularımız, ağbirçəklərimiz doğru deyiblər ki, “boz ay”a etibar yoxdur. “boz ay”ın qəzəbindən  qorunmaq üçün onu həftələrə bölüblər. Həftələrin tamamı çərşənbə günlərində qeyd olunur. Çərşənbə axşamlarında evlərin həyətində alagöz ocaqlar çatılar. Cavanlar da səməndərə dönüb odun üstündən atılar. “Ağırlığım, uğurluğum” odda yansın deyər.
Qədim inanclara görə, bununla da ilin ağrı-acısı, kini-küdurəti, uğursuzluğu adamın yaxasından əl çəkər, odda yanar. Bu inanclar həm tarixin yazılı, yazısız soraqlarında, həm də insanların vərdişində, yaddaşında yaşayır. Ruhun ən dərin və  görünməz qatlarına baş vurduqca düşüncəmizdə sirli-sehrli bir aləmə düşürük. Dünyaya gəlişimizdən gedişimizəcən bu gözəl adətlərimiz ömrümüzü bəzəyir. Yüz illərin o üzündən bizimlə yol gedən o qədər gözəl adətlərimiz var ki...
Çərşənbə axşamlarında ət, aş, yarma yeməyi bişirmək, qovurğa qovurmaq, yumurta boyamaq ta qədimlərdən dəbdədir və bu günümüzdə də yaşayır. Yaxşı yadımdadır, çərşənbə axşamlarında bibilərim (Borçalıda bibiyə mama deyirlər), xalalarım bir yerə yığılardılar. Onları bir yerdə görəndə çox sevinirdim. O xoşxasiyyətli, gülərüzlü xalalarım, bibilərim anamla birlikdə çox dadlı bayram yeməkləri bişirərdi. Ocağımızın bayram bişmişindən qonşulara pay göndərərdilər, imkansız ailələri də sevindirərdilər. Deyərdilər ki, imkansıza, köməksizə verilən bir  pay nə vaxtsa on qat artıb pay verənin öz ocağına qayıdır.
Bu həftə çərşənbənin birini yola saldıq. Hər gələn günlər, həftələr, çərşənbələr Vətənimizə, ailə-ocağımıza düşərli olsun. Uca Tanrım süfrələrimizə ruzi, bərəkət, canımıza sağlıq versin. 
Azad yurdumuzun qucağında min bir hikmət gizlənir. Çiçəklər, güllər, xarıbülbüllər ömrümüzə, günümüzə ətir saçır, nur saçır. Quşlar da öz yuvasına, yurdun təmiz havasına sığınır. Belədə insan sabaha şirin bir ümidlə baxır. Hər yeni düymə bağlayan bir gül qönçəsi, puçurlanan budaqların ən incəsi bir körpəyə bənzəyir.

Həzi Həsənli,
şair-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri