Ay boz deyil?
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
NASA-nın “Artemis 2” missiyasında iştirak edən astronavtların Ayla bağlı açıqlamaları elm dünyasında yeni müzakirələrə səbəb olub.
“Qafqazinfo”nun xəbərinə görə, Ayın uzaq tərəfini yaxından müşahidə edən heyət Yerə qayıtdıqdan sonra bildirib ki, Ay səthi düşünüldüyü kimi tamamilə boz deyil.
Astronavtlar müxtəlif bölgələrdə qəhvəyi və yaşıl tonlar gördüklərini açıqlayıblar.
Bldirilir ki, xüsusilə Aristarx Yaylası ətrafında müşahidə edilən yaşıl rənglər olivin və piroksen kimi minerallarla əlaqəli ola bilər. Bu minerallar Ayın daxilindəki qədim maqma prosesləri haqqında mühüm məlumatlar verə bilər.
NASA alimləri qeyd edirlər ki, insan gözünün rəng və parlaqlıq fərqlərini canlı şəkildə müşahidə etməsi robot cihazların topladığı məlumatlardan daha fərqli və dəyərli nəticələr ortaya çıxara bilir.
Alimlər hesab edirlər ki, Ay səthindəki rəng müxtəlifliyi yalnız vizual maraq doğurmur, həm də Günəş sisteminin və Yer kürəsinin formalaşma tarixini anlamaq üçün mühüm detallar təqdim edir.
Baxış sayı:127
Bu xəbər 13 May 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















