Icma.az
close
up
RU
“Hər dəfə Bakıda hansısa binanı haqsız olaraq yerində görməyəndə...”

“Hər dəfə Bakıda hansısa binanı haqsız olaraq yerində görməyəndə...”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Vətənin üçün darıxmaq çox normal hissdir. Türkiyə yad məmləkət deyil, doğmadır. Amma bütün hallarda mənim doğulduğum yer Azərbaycandır, Bakıdır. Hər kəs öz kəndinin daşı-kəsəyi üçün darıxar. Mən də darıxıram – dostlarım üçün, evimiz üçün, doğulduğum ünvan – Cəfər Cabbarlı 8-dəki o həyət üçün darıxıram. Köhnə Bakı üçün, köhnə insanlar üçün, artıq itməkdə olan bəzi adətlərimiz üçün darıxıram. Xülasə, Bakıya gələndə də darıxıram, gəlməyəndə də”.

“Qafqazinfo”nun məlumatına görə, bunu rejissor, aktyor, pedaqoq Cahangir Novruzov APA-ya müsahibəsində deyib. 

Sözügedən müsahibəni ixtisarla təqdim edirik:

- Cahangir müəllim, Bakı sürətlə gözəlləşir, müasirlər. Amma bir məsələ də var ki, bu müasirlik bəzi köhnə evlərin sökülməsi, məhəllələrin, küçələrin öz simalarını dəyişməsi hesabına başa gəlir.

- Sanki Bakının ruhunu redaktə ediblər. Hər dəfə Bakıya gələndə hansısa binanı haqsız olaraq yerində görməyəndə nə hisslər keçirdiyimi bir bilsəydiniz..

- Teatr məbəd olmalıdır?

- Təbii. Teatr - yalanın həqiqətə xidmət etdiyi müqəddəs bir məbəddir; səhnə isə yalanın qurban edildiyi qurbangahdır. Amma artıq bizdə, hətta dünyada belə teatrın məbəd vəzifəsi demək olar ki, unutdurulub. Çünki biz çoxluq olaraq hər şeyi yıpratmağa, alışmışıq. Rüşvət, riyakarlıq, tanışlıqla iş görmək, haram, yalan kimi naqisliklər bizim xislətimizdə yer tutub. Bir tür qurtara bilmirik bu bəlalardan. Heyf ki, indi teatrımız da həyatımıza bənzəməyə başlayıb. Amma bu çox çəkməz, çünki yalan yol tutub çox yürüməz.

Teatr sənəti cəmiyyətin həyatını yalnız əks etdirməklə kifayətlənməyən, həm də onu formalaşdıran ən mühüm sosial institutlardan biridir. O, mənsub olduğu xalqın mənəvi, əxlaqi, fəlsəfi və estetik dəyərlərinin təşəkkül və inkişafının özünəməxsus memarlığını öhdəsinə almış bir sənətdir.

- Cahangir müəllim, 71 yaşınız var. Vətənə birdəfəlik qayıtmağı düşünürsünüz?

- Mən Türkiyədə hal-hazırda aktiv yaradıcı və pedaqoji bir həyat sürürəm. Vətənə təqaüdə çıxmaq üçün gəlməm nə qədər doğru olur? Konkret təklif, dəvət hələ ki, yoxdur. Sanki qorxurlar, ehtiyat edirlər.

- Əgər belə bir dəvət olarsa…

- Əgər belə bir dəvət olarsa, 11 illik teatr savadımın, 70 ildir gördüyüm sənət əxlaqının mənə miras qoyduğu, öyrətdiyi şərtləri qəbul edərlərsə, gələrəm. Əks təqdirdə gəlib hər kəsin etdiyini etməm fərqli nəticə verməz. Teatrımızda olan xəstəliyi hamılıqla ortaya çıxarmaq onu gerçəkdən həyata qaytarmaq lazımdır.

Söhbətimizi Qarsia Lorkanın sözləri ilə bitirmək istəyirəm: “Teatr - göz yaşları və gülüş məktəbidir, insanların köhnəlmiş və ya yalançı əxlaqı ifşa edə bildiyi, canlı nümunələr üzərində insan qəlbinin və insan duyğusunun əbədi qanunlarını izah edə bildiyi azad tribunadır. Öz teatrını yaratmağa kömək etməyən xalq ya ölüdür, ya da ölüm ayağındadır. Lakin teatr göz yaşları və ya gülüş vasitəsilə cəmiyyətin, tarixin nəbzini, xalqının dramını, doğma mənzərənin və milli ruhun gerçək rənglərini tuta bilmirsə, onun teatra adlanmaq haqqı yoxdur. Onu ya qumarxana, ya da iyrənc bir işlə - ‘vaxt öldürməklə’ məşğul olun bir müəssisə adlandırmaq lazımdır”.

Qeyd edək ki, bir neçə ay əvvəl deputat Səyyad Salahlı Milli Məclisin iclasında əlaqədar qurumlara səslənərək Cahangir Novruzovu vətənə qaytarmağa çağırmışdı. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Avqust 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri