Icma.az
close
up
RU
Hər şeyi yerində deyə bilən ADAM

Hər şeyi yerində deyə bilən ADAM

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Onun haqqında ilk dəfə şair dostum Səlim Babullaoğlunun dilindən eşitmişəm. Səlim bəyin söylədiyinə görə, çox dəyərli ziyalılardan biri - şərqşünas alim və tərcüməçidir. Hər dəfə də ondan danışanda yüksək fikirdə olduğunu deyib, yaradıcılığından nümunələr gətirib. Mən elə bilirdim ki, ahıl adamdır, amma sən demə, bu gün hələ 62 yaşı tamam olur…

Araşdırarkən tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun onun haqqında yazısına rast gəldim. Hörmətli Qurban bəy yazır: “Məsiağa Məhəmmədi klassik və müasir farsdilli ədəbiyyatı araşdırmaqla yanaşı, həm də onun tərcüməsi, təbliği və tənqidi ilə məşğuldur və bu sahədə onun fəaliyyəti elmi-ədəbi ictimaiyyətə yaxşı tanışdır. Onun bir kitabında Şəhriyarın “Heydərbabaya salam” poemasının fars dilinə İranda çap olunmuş tərcüməsi haqqında rəyi, eləcə də Şəhriyarın iri həcmli bir şeirinin farscadan dilimizə tərcüməsi yer alıb. Böyük Mövlanaya həsr edilmiş bu şeir Şəhriyarın bədii təxəyyülünün qüdrətini və özünəməxsusluğunu göstərmək baxımından çox maraqlıdır. Məsiağa bədii mətnlərə öz akademik yanaşmasına uyğun olaraq, həmin şeiri filoloji tərcümə edib. Bildiyim qədəri, onun tərcüməsi əsasında bu şeirin iki müxtəlif poetik tərcüməsi də meydana çıxıb və dövri mətbuatda işıq üzü görüb”.

Xalq inancına güvənsək, may ayı baharın sonuncu ayı sayılır. Bu ayda doğulan bir sıra böyük şəxsiyyətlərin- XVIII əsrdə Şotlyandada yaşayan- faktorialların hesablanması üçün sonralar onun adını daşıyan düsturu quran riyaziyyatçı alim Ceyms Stirlinqin, XIX əsrdə ABŞ-da yaşayan- hazır qəhvə hazırlama üsulunu ixtira edən iş adamı Corc Konstant Luis Vaşinqtonun, XX əsrdə Everestin zirvəsini fəth edən ilk iki alpinisdən biri - 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilən Tensinq Norgeyin və digər bənzərsiz şəxsiyyətlərin adlarını sadalamaq olar. Ümumiyyətlə, may ayı ilin ən gözəl aylarından biridir…

Haqqında söhbət açdığım Məsiağa Məhəmmədi də 1963-cü ilin may ayının 1-də indiki Şirvan şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olub. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışıb.
1993–1994-cü illərdə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xarici dillər kafedrasının dosenti olub. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləyib. 2004-cü ildən 2022-ci ilə qədər AMEA-nın Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olub. 2019-cu ildən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisidir. Ona yaxın elmi, beş trcümə kitablarının müəllifidir. Altı kitabın isə tərtib edənidir.
2013-cü ildə haqqında “Məsiağa Məhəmmədi- 50” adlı kitab nəşr olunub. Xidmətləri bir neçə medala layiq görülüb. 1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb...

Dostu, filologiya elmləri doktoru Cavanşir Yusifli isə onu belə təqdim edir: “Məsiağa, Məsiağa Məhəmmədi, Məsiağa müəllim, görkəmli şərqşünas, alim, tərcüməçi... hər şeyi ideal dəqiqliklə yerində deyə bilən adam...”
Bir sözlə, dostumun dostu Məsiağa Məhəmmədinin bu gün ad günüdür, 62 yaşı tamam olur. Ona möhkəm can sağlığı, elmi uğurlar arzulayıram.

Çox yaşasın!
 

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri